Azərbaycanda bank sektoru ilə bağlı iki qayda yenilənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklar haqqında" qanunun 34.2.12-ci maddəsinə və "Mərkəzi Bank haqqında" qanunun 22.0.17-ci maddəsinə əsasən "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb.
Qərara əsasən, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın təsdiq edilməsi barədə" ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 16 noyabr 2018-ci il tarixli qərarı ləğv edilib.
Bundan başqa, AMB İH "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"nıtəsdiq edib. Bununla da, MBNP-nin "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə" 16 noyabr 2018-ci il tarixli qərarı və 18 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin Qaydalarda təsdiq edilmiş dəyişiklik ləğv edilib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?