Azərbaycanda buna görə kompensasiya ödəniləcək - VİDEO
Azərbaycanda investorlar üçün şəffaf mühit yaradılır. Ölkəyə xarici investorların cəlb edilməsi və onlar üçün daha əlverişli mühitin yaradılması məqsədilə yeni hüquqi baza formalaşdırılıb. Ölkə başçısı tərəfindən "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" qanunların əsasında yeni "İnvestisiya fəaliyyəti haqqında" qanun təsdiq edilib.
azxeber.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, "İnvestisiya fəaliyyəti haqqında" qanun ilə dövlət tərəfindən investorların hüquqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.
Qanun xarici investisiyaların cəlb edilməsinə, ümumilikdə investisiya üçün əlverişli mühitin formalaşdırılmasına dəstək xarakteri daşıyır. Qanun həmçinin milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydasını da müəyyənləşdirir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 795 milyon 271 min dollar təşkil edib. Bu rəqəmin bu il daha da artacağı gözlənir.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Whatsapp biznesin üstünlükləri nələrdir?
İlon Mask kimdir?
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər