Azərbaycanda da "Domino's Pizza"nın master françayzisindən Rusiya biznesi barədə - QƏRAR
Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstanda "Dominos Pizza"nın master françayzisi olan Hollandiyanın "DP Eurasia" şirkəti Rusiyadakı biznesi olan "DP Russia" şirkətinin iflas proseduruna başlamaq qərarına gəlib.
"Domino"s Pizza"nın Rusiya bölməsi - İFLAS PROSESİNƏ BAŞLADI
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Yəni "Dominos Pizza Russia" şirkəti müflis elan ediləcək.
"DP Eurasia" şirkəti bu qərarın "getdikcə çətinləşən şərtlər" fonunda verildiyini bildirib. "DP Eurasia" şirkəti, Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsiri ilə əlaqədar Rusiyada mövcudluğunu nəzərdən keçirib.
İflas proseduru başa çatdıqdan sonra şirkət Rusiyada fəaliyyətini dayandıracaq. "Dominos Pizza Russia" şirkətinin 520 milyon rubl və ya 4,3 milyon funt sterlinq həcmində xarici borcu onun Türkiyədəki törəmə şirkəti mövcud nağd resurslar hesabına ödənilib..
İflas prosedurundan əvvəl şirkətin Rusiyadakı biznesini satmaq cəhdləri olmuşdu.
Mart ayında "DP Eurasia" Rusiyada investisiyalardan imtina etdiyini elan edib.
Dominos Pizza-nın Rusiyada ilk filialı 1998-ci ildə açılıb. Hazırda şəbəkənin ölkə üzrə 170-ə yaxın restoranı var. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?