Azərbaycanda ESG prinsiplərinin biznes proseslərinə inteqrasiyası üçün vahid rəqəmsal platforma yaradılıb

Azərbaycanda ESG prinsiplərinin biznes proseslərinə inteqrasiyası üçün vahid rəqəmsal platforma yaradılıbAzərbaycanda Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə milli çərçivə standartı və ESG-hub adlı elektron platforma hazırlanıb.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya"nın "Korporativ idarəetmə, investisiyalar və kooperativ sosial məsuliyyət" İşçi Qrupunun ESG standartları üzrə altqrupunun iclasında deyib.
O bildirib ki, qəbul edilmiş ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələri əsasında hazırlanıb və bu sahədə ilk təcrübələrdən biri hesab olunur.
"Beynəlxalq səviyyədə ESG elementlərini əhatə edən müxtəlif hesabatlıq tələbləri və formaları mövcud olsa da, məhz ESG prinsipinə həsr olunmuş ayrıca bir çərçivə sənədi mövcud deyildi", - deyə O. Məmmədov bildirib.
O, həmçinin ESG-hub platformasının dövlət-özəl sektor tərəfdaşlığının uğurlu nəticəsi olduğunu vurğulayıb: "Bu vahid rəqəmsal platforma ESG prinsiplərinin biznes proseslərinə necə inteqrasiya olunacağı barədə şirkətlərə istiqamət göstərəcək və onları dəstəkləyəcək. Platformanın əsas üstünlüyü odur ki, məhz bizneslərin ehtiyacları nəzərə alınaraq hazırlanıb. Belə ki, 2023-cü ildə KOBİA tərəfindən peşəkar şirkətlərin iştirakı ilə ESG sahəsində geniş sorğu keçirilib. Bizneslər ESG prinsiplərinin tətbiqi üçün daha çox məlumatlandırmaya, əlavə bilik və bacarıqlara, informasiya və insan resurslarına, eləcə də tənzimləyici çərçivəyə ehtiyac duyduqlarını bildiriblər".
O. Məmmədov əlavə edib ki, "Yaşıl Dünya Naminə Həmrəylik" ili və COP29 tədbirinin keçirildiyi bir dövrdə ESG standartının və rəqəmsal platformanın istifadəyə verilməsi Azərbaycanın "yaşıl inkişaf" siyasətinə mühüm töhfədir: "Konfrans çərçivəsində ESG altqrupunun fəaliyyəti və əldə edilən nəticələr müzakirə olunub. Bu, təxminən üç il əvvəl başlanan təşəbbüsün əhəmiyyətini və vaxtında atılmış bir addım olduğunu bir daha göstərir".
O bildirib ki, ESG sahəsində görüləcək işlər davam edəcək və 2025-ci il üçün Yol Xəritəsi artıq təsdiq olunaraq icrasına başlanılıb.
"Tədbirlər üç əsas istiqamət üzrə formalaşdırılıb. ESG üzrə milli standart və rəqəmsal platformanın hazırlanması mühüm bir nəticə olduğu kimi, onların effektiv istifadəsi də vacibdir. 2025-ci il üçün Yol Xəritəsində bu iki istiqamət əsas prioritetlərdən biri olacaq. Düzgün planlama, effektiv rol bölgüsü və bütün maraqlı tərəflərin məsuliyyətli yanaşması ilə qarşıya qoyulan hədəflərə nail ola biləcəyik. Eyni zamanda, bu il ESG üzrə potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri də davam etdiriləcək", – deyə O. Məmmədov vurğulayıb. (Report)

Biznes     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı


iqtisadi xeberler valyuta xeberleri leobank kart online pul qazanmaq avtomobil xeberleri