Azərbaycanda FACİƏ: Ana doğuş zamanı öldü, körpəsi isə... - VİDEO
Lənkəranda ana doğuş zamanı dünyasını dəyişib. Ölüm hadisəsi Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.
azxeber.com xəbər verir ki, Astara rayonunun Rüdəkənar kənd sakini 26 yaşlı Elmirə Əhədli 3-cü övladını dünyaya gətirmək üçün mərkəzə çatdırılıb.
Xəstənin yaxınları ilə söhbətimiz zamanı məlum oldu ki, ana Astaradan Lənkərana yola salınarkən, onda hər hansı bir xəstəlik və ya səhhəti ilə bağlı şikayət olmayıb. Buna baxmayaraq, qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.
Lakin həkimlər uşağın həyatını xilas edə biliblər. Dünyaya gələn oğlan uşağıdır və çəkisi 2,8 kq-dır. Körpənin vəziyyəti ağır olaraq qalmaqdadır. Məhkəmə-tibbi ekspertizasının verəcəyi rəydən sonra ölümün başvermə səbəbi məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra dünən saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml