Azərbaycanda film kimi hadisə: Vətəndaşlar belə 'tor'a düşdülər - VİDEO

Azərbaycanda film kimi hadisə: Vətəndaşlar belə 'tor'a düşdülər - VİDEOBir qrup Şəki sakini dələduzluğun qurbanı olduqlarını iddia edirlər. İddialara görə, özünü AYSEL GLLT rəsmi lotoreyasının rəhbəri kimi təqdim edən Sumqayıt sakini Aysel Sətxanova rayonun Orta Zəyzid kəndindən olan Turan Bəkirova, Oxud kənd sakini Aynur Məmmədova və onun bacısı qızı Dinar Kərimova ilə əlbir olaraq bir sıra insanlara votsap vasitəsilə linklər göndərərək guya yatırım tipli lotoreyaya qoşulmaları üçün şirnikləndirici vədlər veriblər.
azxeber.com xəbər verir ki, zərərçəkənlər "Xəzər Xəbər"ə deyiblər ki, onlara bir neçə mərhələ üzrə qazanc əldə edə biləcəkləri izah edilib. Bildirilib ki, ilk dəfə 35 manat ödəyən insanın 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazana biləcəkləri vədi verilib. Cəlbedici təkliflərə inananlar onlara göndərilən kartlara külli miqdarda pul köçürüblər.
Lotoreyaya qoşulmaq üçün yaradılmış qrupa təxminən 150 nəfər qoşulub. Onların 300 manatdan 10 min manatadək karta pul köçürdükləri deyilir. Daha sonra özlərini lotoreya sahibləri kimi təqdim edən şəxslər yoxa çıxıblar.
Məsələ ilə bağlı DİN -in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, adları qeyd olunan şəxslər bir sıra şəhər və rayonlarda da analoji əməlləri törətdikləri üçün faktla bağlı cinayət işi başlanıb. Vətəndaşlardan daxil olmuş eyni məzmunlu şikayətlərlə əlaqədar toplanmış materiallar istintaqı aparılan cinayət işinə əlavə edilməsi üçün göndərilib.

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler leobank kart bitkoin online pul qazanmaq valyuta kurslari