Azərbaycanda I yarımildə dövlət investisiya qoyuluşu - 37 % İCRA EDİLİB

Azərbaycanda I yarımildə dövlət investisiya qoyuluşu - 37 % İCRA EDİLİBBu ilin I yarısında Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə illik proqnozun (2 milyard 789,8 milyon manat) (yenidən baxılma zamanı artırılmış məbləğ nəzərə alınmadan) 1 milyard 029,6 milyon manatı (36,9 %) istifadə olunub.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - AZALIB
Bu barədə Hesablama Palatasının "2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi"də bildirilir.
Sənədə əsasən, dövlət əsaslı vəsait qoyuluşunun 6 ayda icra səviyyəsi dövlət büdcəsinin xərclərinin ümumi icra səviyyəsindən geri qalıb, bu ildə nəzərdə tutulmuş bəzi layihələri üzrə ödənişə başlanılmayıb.
İlkin təsdiq edilmiş dövlət əsaslı vəsait qoyuluşu xərcləri 339 layihə üzrə nəzərdə tutulub, 30 layihə üzrə nəzərdə tutulmuş xərclərə qarşı tam həcmdə vəsait ayrılmış və ödənilib. Bu layihələrin maliyyələşdirilməsində xarici kreditlərin payı 20 % olub.
25 sifarişçi təşkilat üzrə 502,3 milyon manat məbləğində 129 layihənin, eyni zamanda texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin maliyyələşməsinə başlanılmayıb (Report).

İnvestisiya     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal


iqtisadi xeberler bitcoin 1000 manatla biznes online pul qazanmaq bitcoin qiymeti