Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetində 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.
"Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi" adlı fənn universitetin Biologiya fakültəsinin magistratura pilləsində tədris olunur. Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.
Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.
Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistr tələbəsi Aysun Əsədlinin "Məhsuldarlığın təyini metodikası" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.
Qeyd edək ki, Bakı Dövlət Universitetində aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq. / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Green Card nədir və onu necə əldə etmək olar?