Azərbaycanda ilk dəfə: Şirkət öz əməkdaşları üçün 300 mənzil alacaq – AĞDAMDA BÖYÜK YATIRIM

Azərbaycanda ilk dəfə: Şirkət öz əməkdaşları üçün 300 mənzil alacaq – AĞDAMDA BÖYÜK YATIRIMXəbər verildiyi kimi, Azərbaycanda daha bir şirkətə Ağdam Sənaye Parkının rezidenti statisu verilib.
FED.az xəbər verir ki, söhbət hazırda Sumqayıtda fəaliyyəti göstərən tütün məmulatları istehsalçısı "Tabaterra" şirkətindən gedir.
Qeyd edək ki, "Tabaterra" artıq bir neçə ildir ki, ölkənin ən böyük şirkətlərindən birinə çevrilib. 2018-ci ildə Sumqayıt Kimya Sənaye parkında fəaliyyətə başlayan bu müəssisə ildə 17 milyard ədəd və ya təqribən 1 milyard qutu siqaret istehsal etmək gücündədir.
Daxili bazarda tütün məmulatlarına tələbatı tam ödəyən və 100-dən artıq çeşiddə məhsul istehsal edən müəssisə yaxın vaxtlarda yerli brendlərin Gürcüstan bazarına ixracını da planlaşdırır. İlkin hesablamalara görə, bu ixrac ölkəyə ildə 13 milyon dollar vəsait gətirəcək.
Gələn ildən isə "Tabaterra" şirkəti Ağdam Sənaye Parkında da tütün məmulatlarının istehsalına başlayacaq. Məqsəd işğaldan azad olan ərazilərin sosial iqtisadi inkişafına tövhə verməkdir.
Bu işlər işğaldan azad olunmuş ərazilərin inkişafı üçün ciddi layihələr reallaşdıran İqtisadi Zonaların İnkişafı Agentliyinin koordinasiyası ilə həyata keçirilir. Sənaye Parkında investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin olunacaq.
Zavodun direktoru Elman Cavanşir bildirib ki, əsas hədəf ən qısa zamanda Ağdam Sənaye Parkında müasir standartlara uyğun yeni fabrik binası inşa edərək tütün məmulatları istehsalını Sumqayıtdan Ağdama köçürməkdən ibarətdir: "Sosial layihə olaraq istehsalatla bağlı birbaşa çalışan 300 nəfər əməkdaşın Ağdama köçürülməsi nəzərdə tutulur. Şirkət yeni müəssisədə işləyəcək əməkdaşların Ağdamda yaşaması üçün 300 mənzilin satın alınaraq həmin işçilərin təmənnasız istifadəsinə verəcək".
"Tabaterra"nın Qarabağdakı aktivliyi təkcə Ağdam Sənaye Parkı ilə məhdudlaşmayacaq.   Şirkət Qarabağda iqtisadi fəallığı təmin etmək üçün ilkin olaraq 500 hektar sahədə tütün əkini də planlaşdırır. Layihənin davamı kimi 17 müasir istixana, 100 tütün qurutma kamerası, eləcə də inzibati və anbar binaları inşa ediləcək.
Müəssisənin həyaat keçirdiyi layihələr iştaldan azad olunan ərazilərdə insanların məskunlaşması və işlə təmin olunmasına, "Made in Karabakh" brendinin təşviqinə təkan verəcək. 
İqtisadi Zonaların İdarə edilməsi Agentliyindən bildirilib ki, işdağdan azad edilən ərazilərə sahibkarların marağı yüksəkdir. Agentliyi şöbə müdiri Emil Hacıyevin sözlərinə görə, Ağdam Sənaye Parkında artıq 17 rezident və 5 qeyri-rezident, Cəbrayıl rayonunda yaradılan "Araz Vadisi İqtisadi Zonası"nda isə 5 rezident və 1 qeyri-rezident qeydiyyatdan keçib.
"Bu iki parkda nəzərdə tutulan vergi güzəştləri və azadolmalar, investorlar üçün yaradılan şərait bütün digər parklarda olduğundan daha artıqdır, burada da əsas məqsəd sahibkarları işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq, burada yeni iş yerlərinin açılmasına tövhə verməsidir".
Qeyd edək ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkına 161 milyon manatdan artıq investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Biznes     Tarix: 21 iyul 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank