Azərbaycanda kişilər qadınlardan 35 faiz çox qazanır

Azərbaycanda kişilər qadınlardan 35 faiz çox qazanırAzərbaycanda kişilər qadınlardan orta hesabla 35,2% çox qazanır.
KONKRET.azxəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl və Avropa Birliyinin (AB) yerli nümayəndəliyinin rəhbəri Peter Mixalkonun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı birgə yaydığı bəyanatda bildirilib.
Sənədə əsasən, bu, Avropa və Mərkəzi Asiyada qeydə alınmış ən kəskin fərqlərdən biridir.
"Azərbaycanın əmək bazarında kişilərin və qadınların məşğulluq göstəricilərini mütləq nisbətdə müqayisə etdikdə kiçik gender boşluqları olsa da, onların harada və nə işlə məşğul olmaları arasında kəskin fərq var. Qadınlar daha az maaşlı sahələrdə məsələn, səhiyyə və təhsildə işləməyə meyllidir, kişilər isə nəqliyyat və anbar xidmətləri, enerji və yaxud tikinti kimi daha yüksək maaşlı sahələrdə üstünlük təşkil edirlər", – bəyanatda qeyd olunub.
Səfirlər hesab edir ki, hüquqi məhdudiyyətlərlə daha da dərinləşən bu iş yeri seqreqasiyası Azərbaycanda gender maaşlarının yüksək fərqinə səbəb olur:
"Son vaxtlara qədər Azərbaycanda qadınların iqtisadiyyatın bir çox sahələrində – nəqliyyatdan energetikaya, kənd təsərrüfatına kimi 674 işdə işləməsinə icazə verilməyib.
Məsələn, qadınlar nə asfalt çəkə, nə qatar mühəndisi işləyə, nə də 14 oturacaqdan çox şəhər avtobusunu idarə edə bilməyiblər. Qadınlara yeraltı işlərdə işləmək, potensial təhlükəli işlərə və ağır fiziki əməyə cəlb olunmaq üçün qanunla qadağan edilmişdi. Keçmiş Sovet İttifaqından miras qalmış bu məhdudiyyətlər, ehtimal ki, qadınların sağlamlığını qorumaq məqsədi daşıyırdı, lakin hər bir iş riskin qiymətləndirilməsinə əsaslanmamalıdır. Üstəlik, son onilliklərdə texnologiyadakı irəliləyişlər, işin təbiətindəki və peşə sağlamlığı şəraitindəki dəyişikliklər nəzərə alınmalıdır.
2022-ci ilin noyabrında Azərbaycan qadınların məşğulluğuna qoyulan bu iş məhdudiyyətlərini ləğv etdi, Dünya Bankı ilə birlikdə bu rolların qadınların sağlamlığı üçün heç bir xüsusi təhlükə yaratmadığını nümayiş etdirdi. Geniş miqyaslı məhdudiyyətlər əvəzinə, yeni qaydalar müəyyən işlərə sağlamlıq riskinə əsaslanan yanaşmanı qəbul edir. Bu müsbət inkişaf bütövlükdə iqtisadiyyata və cəmiyyətə fayda verəcək, təkcə qadınlara deyil, hamıya qazanc gətirə bilər".

Xəbərlər     Tarix: 08 mart 2023

Oxşar xəbərlər

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler dollar mezenne biznes qurmaq dollarin kursu bu gun bitkoin