Azərbaycanda mebel mağazaları bağlanır və bu... yaxşıdır? – "MEBEL İNQİLABI"

Azərbaycanda mebel mağazaları bağlanır və bu... yaxşıdır? – Azərbaycanın mebel bazarında maraqlı proseslər baş verməkdədir. Son illər bazarın böyük hissəsini təşkil edən xarici mebellərin həcmi azalmaqda, yerli istehsalçıların payı artmaqdadır. 
Azərbaycanda mebel və digər əşyaların daşınması xidməti bahalaşıb
"Zaferoglu Mebel"in rəhbəri Şahin Balayev FED.az-a açıqlamasında sektorda baş verən prosesləri şərh edib: 
Bu gün Azərbaycan iqtisadiyyatı inqilabi bir dövrünü yaşayır. Bu fikrim bəlkə absurd səslənə bilər, amma inanıram ki, mənə haqq verənlər olacaq. Fikirlərimi əsaslandırmaq üçün gəlin ölkəmizin mebel bazarındakı durumuna nəzər salaq. 
İlk diqqətimizi cəlb edən müflis olaraq bağlanan mebel mağazalarıdır. Hələ kütləvi hal almasa da bu tendensiyanın sürətlənəcəyi fikrindəyəm. Deyə bilərsiz ki, bunun harası yaxşıdır ki? Bununla sahibkarların sərmayələri hədər gedir, onlarla, yüzlərlə işçi kənarda qalır. Yox əslində belə deyil. Artıq mebel sahəsində təbii prosses başlayıb. Həmin xarici brend mebel mağazalarını yerli özəl şirkətlərin "showroom" -ları əvəzləyir. 
Yerli şirkətlər xarici brendlərə qarşı...
Yerli şirkətlər bazarda gedən prossesləri düzgün qiymətləndirib. İndi prosses hazır mebellərə tələbatın azalması, özəl mebellərə isə marağın artması yönündədir. Tələbat azaldıqca isə xarici brendlərin mağazaları filiallarını azaldır, onların boşluqlarını isə yerli mebel şirkətləri tutur. Onlar şovrumlarda müştərilərin istəklərini qarşılamağa çalışır. 
Müştəri nə istəyir?  
Dövr dəyişdikcə insanların zövqləri də dəyişir. Artıq heç kim evində istifadə etmədiyi, sadəcə görünüş üçün hansısa əşyaları görmək istəmir. Daha az yer tutan və daha istifadəyə yararlı mebellərə üstünlük verir. Həm də alınan mebel evin ölçülərinə və dizaynına uyğun olmalıdır. Bunun üçün də şourumlara gedib istədiyi ölçüdə, rəngdə, formada, funksiyada və keyfiyyətdə mebeli sifariş verirlər. Bu seçim isə hazır mebellərdə mümkün deyil. Rəng xoşuna gəlir, ölçü uyğun olmur, keyfiyyəti bəyənilir funksionallıq qane etmir və sair. Bu isə müştəriləri yerli şirkətlərin hazırladığı özəl mebellərə yönləndirir.
Müşahidələr göstərir ki, son bir ildə Azərbaycandla özəl sifarişlə yığılan mebellərə tələbat 40% artıb, xaricdən gətirilən hazır mebğellərə tələbat isə təqribən 50% azalıb. 
Məsələnin qiymət tərəfi də var 
İqtisadi şərtlər və qiymət dəyişmələri də bu prosesə zövqlər qədər mühüm təsir göstərir. Belə ki, son illər bütün dünyada baş verən proseslər nəticəsində mebel istehsalı üçün materiallar 60-70%, bəzi hallarda hətta 100% bahalaşıb. Buna misal olaraq əsas materialları - MDF, boya və sairi göstərmək olar. 
Maraqlı odur ki, materialların artımının mebellərin son satış qiymətinə təsiri fərqlidir. Belə ki, yerli istehsal olunan mebellər öldkə daxilində istehsal olunduğuna görə, materialların artımı nəticəsində yerli məhsullarda qiymətlər 40% artıb. Xarici mebellərdə isə qiymətlərin 100%-ə qədər, yəni təqbirən 2 dəfə artımı müşahidə olunur. 
Yerli istehsalda Avropa keyfiyyəti
Keyfiyyət məsələsinə xüsusilə diqqət yetirmək istəyirəm. Çünki bəzən tərəddüd olur ki, yerli istehsaldır, görəsən istədiyim keyfiyyətdə mebeli ala biləcəmmi? Müştəri istədiyi məhsulun Avropa istehsalı olmasını istəyir. Avropadan gələn mebel baha olsa da, keyfiyyətinə güvənirlər. Bu səbəbdən də yerli şirkətlərin məhsullarına keçiddə tərəddüd edirlər. Artıq belə tərəddüd edən istehlakçıların sayı azalır. Səbəb isə yerli şirkətlərin artıq Avropa keyfiyyətini təqdim etməsidir.  Bu baxımdan sizə "Zəfəroğlu Mebel" olaraq öz iş prinsipimiz barədə məlumat vermək istəyirəm. Əvvəla tutaq ki, Avropa, Amerika və ya dünyanın istənilən ölkəsinə aid brendin məhsulunu bəyənmisiniz və həmin keyfiyyətdə mebel istəyirsiniz. Biz "Zəfəroğlu Mebel" olaraq Amerika və Avropada istehsal olunan ən son boya vasitələri, aksesuarlar və digər materiallardan istifadə edirik. Ustalarımız da xüsusi kurslar keçmiş və bacarıqlı, peşəkar olduğu üçün eyni keyfiyyətin, hələ daha yüksək keyfiyyətin zəmanətini veririk. Bunu bizim xidmətlərimizdən əvvəllər istifadə edən müştərilərimiz də təsdiq edə bilərlər. 
Mebel inqilabı
Mebel sahəsindəki prosseslər əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi inqilaba səbəb olacaq. Bir az da bu inqilabın necə baş verəcəyi barədə danışaq. Hazırda yerli bazarda öz keyfiyyəti ilə müştəri bazası toplaya bilən kiçik sexlərin yarımfabriklər və fabriklərə çevrilməsi prossesi başlayıb. Bu isə gələcəkdə yan sektorların da inkişafına təkan verəcək. Misal üçün, Avropadan gətirilən aksesuar və boya məhsullarının eyni keyfiyyətlə yerli istehsalı başlayacaq. Bu prosses işsizlik probleminin həllində də mühüm rol oynayacaq. Sıradan çıxan mebel mağazalarında işçilərin sayına nəzər yetirək: təqribən 5-6 nəfər. Kiçik sexlərin yarımfabriklər və fabriklərə çevrilməsi sayəsində isə bir müəssisədə onlarla, hətta yüzlərlə mütəxəssis işlə təmin olunacaq.  Məhz özəl mebel sahəsində fəaliyyət göstərən yerli şirkətlər bu prossesin lokomotivi rolunu oynayır.

Biznes     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"

7 milyon manat vergi borcu olan şirkətin – KAPİTALI AZALDILIR

"Evrostroy-S.S" MMC (VÖEN: 1503151571) nizamnamə kapitalının azaldığını elan edib. FED.a biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmayıb. Qey

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Azərbaycanda iri şirkətlərin etdiyi - 3 ÖLÜMCÜL SƏHV

Şirkətlərin ən həssas aktivi – Reputasiya. İri korporasiyaların və holdinqlərin balansı təhlil edilərkən adətən daşınmaz əmlak, istehsalatı, maliyyə rehtiyatları və rəqəmsal aktivlər ön plana çəkilir. Lakin müasir bizne


iqtisadi xeberler dollar manat kursu emlak xeberleri bitkoin qiymeti valyuta mezennesi