Azərbaycanda ofisiantlara bəxşişlərin nağdsız ödənilməsi layihəsi niyə özünü doğrultmur? - ARAŞDIRMA

Azərbaycanda ofisiantlara bəxşişlərin nağdsız ödənilməsi layihəsi niyə özünü doğrultmur? - ARAŞDIRMASon illərdə Azərbaycanda kafe və restoran sektorunda nağdsız ödəmə sisteminin geniş yayılması ilə bərabər, ofisiantlara bəxşişlərin də nağdsız verilməsi gündəmə gəlib. Bununla bağlı startaplar da həyata keçirilir. Bəs ofisiantlara ödənişlərin nağdsız verilməsi nə kimi üstünlüklər və çətinliklər yaradır?
"Çay pulu" da kartla ödənilənəcək - AZƏRBAYCANDA YENİLİK
FED.az xəbər verir ki, iqtisadçı ekspert Orxan Məmmədzadə bildirib ki, ofisiantlara bəxşişin nağdsız formada verilməsi ilə bağlı xarici ölkələrdə də geniş təcrübə var: "Azərbaycanda bunun həyata keçirilməsi üçün müəyyən addımlar atılıb, startap kimi mobil tətbiq vasitəsilə bəzi restoranlarda icra olunub. Lakin bir sıra səbəblərdən layihə özünü doğrultmadı. Burada əsas məsələ ofisiantın kartına bəxşiş kimi oturan yekun məbləği gəlir kimi bəyan etməsidir. Vergi məcəlləsində ofisiantların fəaliyyəti ilə əlaqədar ayrıca maddə var və burada ofisiant sadələşdirilmiş vergi ödəyicisi hesab olunur, hər ay sabit şəkildə vergi ödəyir".
Ekspert qeyd edib ki, ofisiantın tez-tez yer dəyişməsi, uzunmüddətli və ya daimi işləməməsi restoranlar qarşısında və nağdsız ödəmələr məsələsində əsas problemdir: "Bu problemin həlli üçün restoranlar çox zaman VÖEN alaraq qeydiyyatdan keçən ofisiantlara üstünlük verirlər. Nəticədə restoran özünü əmək münasibətləri zamanı yaranacaq risklərdən qorumuş olur. Yəni hazırda təcrübə olunan yanaşma budur. Çünki VÖEN alan, sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən ofisiantların bank hesabı və kartı olur. Həmin karta daxil olan pul onun dövriyyəsi kimi nəzərdən keçirilir. Ofisiant da sabit vergi ödəyicisi kimi dövriyyədən asılı olmayaraq hər ay stabil məbləğ ödəmiş olur. Bu proses zamanı ofisiantların itkisi olmur. Sadəcə nağdlaşdırma zamanı bank komissiyası tutula bilər".
Azərbaycanda ofisiantlara bəxşişlərin nağdsız ödənilməsi layihəsi niyə özünü doğrultmur? - ARAŞDIRMABir sıra restoranların hesab ödənişinə xidmət haqqını əlavə etməsinin də bəxşişlərin nağdsız ödənməsində yaranan əsas problemlərdən olduğunu deyən O. Məmmədzadə qeyd edib ki, bu məbləğ ya ofisiantlar arasında bölüşdürülür, yaxud da restoranda başqa xidmətlərə sərf olunur: "Belə olan halda müştəri xidmət haqqı tutulduğu üçün ofisianta əlavə bəxşiş vermək istəmir. Layihənin baş tutmamasında bu amil böyük rol oynayır. Ancaq nağdsız bəxşiş layihəsi üzərində çalışmaq olar. Bu, müştəri məmnuniyyətinin təmini, xidmət səviyyəsinin daha yaxşı göstərilməsi üçün də stimuldur".
Restoranlarda hesab ödənilən zaman xidmət haqqının da çekə əlavə olunması nağdsız bəxşişlərin tətbiqinə problem yaratmaqla yanaşı, müştərilər tərəfindən də birmənalı qarşılanmır. Bəzi hallarda müştərilər çekə xidmət haqqının əlavə olunmasına etiraz edir.
 Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən bildirilib ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir: "İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla təqdim edilməlidir. İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir".
Diqqətə çatdırılıb ki, restoranlarda göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona xidmətlərin siyahısını və icra şərtlərini, xidmətlərin qiymətlərini və ödəniş şərtlərini, təklif olunan iaşə məhsullarının firma adı və tərkibini, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətlərini təqdim etməlidir.
"İctimai iaşə obyektində menyu qanunvericiliyin tələblərinə uyğun olaraq dolğun tərtib olunmazsa, həmçinin obyektdə ümumiyyətlə menyu olmazsa, bu İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulması halı kimi sahibkarın 800 manatdan 1 000 manata qədər cərimələnməsinə səbəb ola bilər.
Azərbaycanda ofisiantlara bəxşişlərin nağdsız ödənilməsi layihəsi niyə özünü doğrultmur? - ARAŞDIRMAEyni zamanda qeyd edək ki, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir", - deyə qurumdan əlavə olunub.
Məlumat üçün bildirilib ki, 2023-cü ildə ictimai iaşə obyektlərində istehlakçılara təqdim edilən menyuların düzgün tərtib edilməməsi və ümumiyyətlə menyuların olmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 27 vətəndaş müraciətinin araşdırılması zamanı təqdim edilən sübutlar əsasında 7 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Eyni zamanda ictimai iaşə (kafe və restoran) sektorunda istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bu sahədə mövcud qanunvericiliyin tələbləri əks olunmuş bildiriş və menyunun nümunəvi forması hazırlanaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən 20 mindən çox ictimai iaşə xidməti ilə məşğul olan sahibkarlıq subyektlərinin elektron kabinetlərinə maarifləndirici bildirişlər yerləşdirilib, həmçinin 5 mindən çox obyektinə isə Dövlət Xidmətinin əməkdaşları tərəfindən fiziki paylanılması təmin olunub.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə restoranlarda istehlakçı hüquqlarının pozulması faktlarının çox olduğunu diqqətə çatdırıb: "Restoranlarda xidmət haqqının tutulması son 5 ildə geniş yayılıb. İstehlakçıların narazı olduğu məqamlardan biri kassa çekində xidmət haqqının böyük faizlə göstərilməsidir. Xidmət haqqı ilə bağlı məsələ dövlətin qanunlarında öz əksini tapmayıb. Restoranlar bunu tam müstəqil şəkildə tətbiq edirlər. Burada tək tələb kassa çekində xidmət haqqının göstərilməsidir".
Xidmət haqqının çekdə göstərilməsi məsələsinin bir çox ölkədə tətbiq olunduğunu deyən E. Hüseynov qeyd edib ki, hər yerdə istehlakçı yüksək xidmət göstərdikdə ofisianta müəyyən məbləğdə "çay pulu" verir: "Restoranlar daha çox xidmət səviyyəsini artırsa, istehlakçılara restoranın qaydaları barədə əvvəlcədən məlumat versə daha yaxşı olar. Lakin bütün hallarda xidmət haqqının tənzimlənməsi ilə bağlı qərar və hüquqi akt olmalıdır". (Report)

Biznes     Tarix: 09 aprel 2024

Oxşar xəbərlər

"Reanda Azərbaycan" şirkətinin rəhbər heyəti "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni ziyarət edib - FOTO

Azərbaycanın aparıcı audit şirkəti olan "Reanda Azərbaycan" MMC-nin rəhbər heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni qonaq qismində ziyarət edib. . xəbər verir ki, Kiçik və Ort

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi bildirir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssis

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb

NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə

Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxa

Tanınmış mühəndislik şirkəti kapitalından – 170 MİN MANAT GÖTÜRÜR

"Glolynx Azərbaycan" MMC (VÖEN: 1503971131) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 170 min manat azaldılaraq 330 min manat həcmində saxlanılır

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəblilər


iqtisadi xeberler bitkoin almaq valyuta mezennesi avtomobil xeberleri valyuta kurslari