Azərbaycanda "outlet" biznesinin inkişaf etdirilməsi - TƏKLİF OLUNUR

Azərbaycanda FED.az xəbər verir ki, Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin Sədri Fərid Novruzi ölkəmizdə "outlet" ticarətinin inkişaf etdirilməsini təklif edir.
Onun sözlərinə görə, "outlet", çoxunun düşündüyü kimi, brendlər tərəfindən satılmayan və köhnə fəsil (sezon) malları deyil.
"Outlet" – geyim istehsalı və satışı sahəsində artıq bir sənaye istiqamətidir. Bu geyimlər adətən baza materiallardan tikilən istehsal xətti olur və bu məhsulların qiyməti əsas istehsal xəttinə müəyyən olunan qiymətlərdən aşağı olur. Qiymətlərin aşağı olması isə bir tərəfdən idxalçıların dövriyyəsini və gəlirlərini artırmağa, digər tərəfdən isə, istehlakçılara brend geyim mallarını daha səmərəli şərtlərlə əldə etməyə imkan yaradır",- deyə Fərid Novruzi qeyd edib.
Onun sözləriə görə, hazırda Assosiasiya üzvləri ilə "outlet" sektorunun inkişafına dair müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq, müvafiq dövlət qurumlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
1930-cu ildə Amerikada ortaya çıxan "outlet" termini keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı. Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.Outlet mağazalar həm də nəhəng brendlər üçün məhsullarını satmaq adına gözəl fürsətdir.

Biznes     Tarix: 22 sentyabr 2022

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler biznes krediti valyuta kurslari biznes qurmaq investisiya