Azərbaycanda pensiyaçıların sayı ən aşağı səviyyəyə düşüb

Azərbaycanda pensiyaçıların sayı ən aşağı səviyyəyə düşübAprelin 1-nə Azərbaycanda 1 milyon 101,9 min əmək pensiyaçısı var ki, bu da ölkənin müstəqillik əldə etdiyi vaxtdan bəri bütün otuz il ərzində ən aşağı göstəricidir.
2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı  qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir. Təkcə bu ilin birinci rübündə 12,3 min nəfər pensiyaçı statusunu itirib. 2022-ci ildə Azərbaycanda pensiyaçıların sayı 86,3 min nəfər azalıb.
Bu ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432,3 manat (253,3 ABŞ dolları) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 16,2% çoxdur. DSK-nın məlumatına görə, bu, ölkə üzrə orta aylıq əmək haqqının 48,%-i qədərdir.
1991-ci ildə Azərbaycanda 1 milyon 127 min pensiyaçı var idi. 2006-cı ildə onların sayı maksimuma çatıb – 1 398 839 nəfər. 2020-ci ilin sonuna 1 milyon 270,5 min nəfər əmək pensiyası alıb.//Turan.az

Xəbərlər     Tarix: 20 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti