Azərbaycanda Ramazan ayında qızıl bazarında vəziyyət necədir? - AÇIQLAMA
Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür.
Qlobal bank qızılın qiymətinin 2500 dollara çatacağını gözləyir
FED.az xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.
Onun sözlərinə görə, apardılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb.
"Qızıl bazarında 8 Mart və Novruz bayramı öncəsi aktivlik var idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu ayın bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük verirlər.
Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı düşür".
T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.
"Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja qiyməti ilə tənzimlənir. Son beş il ərzində zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir", - deyə o yekunlaşdırıb. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?