Azərbaycanda sahibkarlar üçün bank təminatı reyestri yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Mərkəzi Bankı ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb.
Bu barədə FED.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, artıq bank təminatlarının reyestri sahibkarların istifadəsindədir.
Bundan sonra "etender.gov.az" portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tender təklifinin təminatını satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim edəcək.
Bank təminatının elektronlaşdırılması sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduğu halda, tender təkliflərinin verilməsinin son müddəti bitənədək tender təklifinin təminatına müvafiq düzəliş etmək imkanı əldə edəcəklər.
"Elektron imza və elektron sənəd haqqında" qanuna əsasən, sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.
Dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?