Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır - FƏRMAN
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır.
KONKRET.azxəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi öz tabeliyində "Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, qurumun "Publik hüquqi şəxslər haqqında" Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini nazirlik həyata keçirir.
Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.
Nazirlik qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir.
Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznes təlimlər və tədris üsulları
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?