Azərbaycanda sənədlərin doğruluğunu yoxlamaq üçün yeni tətbiq yaradılıb

Azərbaycanda sənədlərin doğruluğunu yoxlamaq üçün yeni tətbiq yaradılıb"Mygov" qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar "Mygov" portalı (www.my.gov.az) vasitəsilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcəklər.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini qurumun 2023-cü iIin hesabatı və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında Rəşad Xalıqov deyib.
Onun sözlərinə görə, "Mygov" portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.
"2023-cü ildə "Mygov" platformasının yeni versiyası hazırlanıb. 4 portal (e-gov.az, mygov, rih.gov.az, e.rabita az) funksionallıqla vahid platformada birləşdirilib. Platforma həm veb, həm də mobil versiyada fəaliyyət göstərir. Platformada 3 həyat hadisəsi üzrə xidmətlər sadələşdirilib; valideyn olmaq, ailə qurmaq, ailə üzvünün vəfatı. Həmçinin rəqəmsal sənədlər bölməsində sənəd əlavə etmək imkanı yaradılıb; şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi. Hüquqi əsasın təmin olunması üçün sənədlər paketi hökumətə təqdim olunub, yekun təsdiq gözlənilir", – deyə R.Xalıqov əlavə edib.
İRİA-nın sədr müavini bildirib ki, bu il ərzində digər dövlət qurumlarının proqramın altsisteminə inteqrasiyası nəzərdə tutulub. Həmçinin bir neçə özəl subyektin altsistemə inteqrasiyası planlaşdırılır: "Altsistemin Rəqəmsal Hökumət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi əldə olunacaq. Həmçinin məlumatların QR kod vasitəsilə paylaşılması imkanı yaradılıb, sənədlərin doğruluğunu yoxlamaq üçün "Mygov Checker" tətbiqi yaradılıb, sorğulanan fərdi məlumatların vətəndaş tərəfindən icazəsinin idarə edilməsi təmin edilib".
Sədr müavini onu da əlavə edib ki, bu il "Mygov" platformasında həyat hadisələrinin sayının 7-ə çatdırılması hədəflənib:
1.Qarabağa qayıtmaq
2. İş axtarmaq
3. Daşınmaz əmlak almaq
4. Təqaüdə çıxmaq
5. Rəqəmsal icazənin İdarə edilməsi (Consent Management) təmin edilməsi
6. Vətəndaşın platforma üzərindən dövlət qurumlarına elektron sənəd göndərməsinin təmini
7. Dövlət ödənişlərinin və müavinətlərinin alınması və ödənilməsinin mygov üzərindən idarə edilməsi
R.Xalıqov qeyd edib ki, həmçinin platformada məlumatlandırma ("Citizen Inbox") sisteminin formalaşdırılması planlaşdırılır, eləcə də "SİMA imza"sı ilə inteqrasiyanın təmin edilməsi nəzərdə tutulub.
"Mygov"da 2024-cü ilin 1-ci rübündə vətəndaşlar üçün xidmətdən məmnuniyyət və rəy modulu yaradılıb. Həmçinin onlayn çat xidməti aktiv edilib. "Mygov" Rəqəmsal sənədlər bölməsində yeni sənədlər (məlumatlar) əlavə edilib; övladlarımın ümumvətəndaş pasportu məlumatları (0-16 yaş), şəhid ailəsi üzvü vəsiqəsi üzrə məlumatlar, əmək veteranı vəsiqəsi üzrə məlumatlar, övladlarımın cari ümumi təhsili haqqında məlumatlar, müharibə veteranı vəsiqəsi üzrə məlumatlar, DYP cərimə balı, texniki baxış talonu məlumatları, peşə təhsili sənədləri haqqında məlumatlar, stasionar telefon məlumatlarına borc və ünvan məlumatları", – deyə R.Xalıqov bildirib.
R.Xalıqov vurğulayıb ki, fəaliyyətə başladığı gündən bu günə qədər 726 milyondan çox məlumat mübadiləsi həyata keçirilib: "Məlumat mübadiləsinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 372 milyon olub. 140 10 informasiya sistemi, 67 qurum qoşulub. Məlumat mübadiləsi əməliyyatları təhlükəsiz və tam şifrələnmiş kanal vasitəsilə həyata keçirilir. Həmçinin 2024-cü ilin birinci rübündə Milli Məlumat Mübadiləsi sistemi vasitəsilə vahid interfeysin demosu hazırlanıb. 70 informasiya sistemindən 15-i "x-road" üzərindən "Digital Bridge" sisteminə miqrasiya edilib". / banker.az

Xəbərlər     Tarix: 11 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin qiymeti biznes xeberleri