Azərbaycanda "Silicon Valley" bazasında yeni bir İT akademiyası fəaliyyətə başlayır

Azərbaycanda (®) NEQSOL Academy, Təhsil İnkişafı Fondu və Technology SNI ilə tərəfdaşlıq edərək, Azərbaycanda innovativ tədris proqramları təqdim edəcək "Peerstack Academy" adlı yeni və inqilabi İT təhsil layihəsinin yaradılmasını elan edir. Bu layihə "peer-to-peer" modeli əsasında həyata keçiriləcəkdir.

"Peerstack Academy" tədris prosesi iştirakçıların birgə çalışmasına əsaslanan və dünya miqyasında tanınan "Qwasar Silicon Valley" platformasından istifadə edən bir tədris metodikasını təklif edir. Bu yanaşma tələbələrə komanda ilə iş bacarıqlarını inkişaf etdirməyə və tədris proqramını uğurla mənimsəməyə kömək edəcək.
Qeyd edək ki, "Qwasar Silicon Valley", Şimali Amerikada İT təhsili sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Bu layihə çərçivəsində dünya üzrə 25,000-dən çox iştirakçıya təlim keçirilmişdir. "Qwasar Silicon Valley"nin təsisçisi Kvame Yamgnane həmçinin, innovativ İT tədris metodları ilə beynəlxalq səviyyədə tanınmış "42 school" məktəbinin həmtəsisçisidir. Kvame və komandası bu zəngin təcrübəyə və "42 school"un uğurlu nəticələrinə əsaslanaraq, tələbələrin inkişafını və nəticələrini daha da səmərəli etmək üçün təsdiqlənmiş metodologiyalar tətbiq etmişdir.
NEQSOL Academy tədris haqqının böyük bir hissəsini qarşılamaqla iştirakçılara dəstək olacaq. İlk mərhələdə proqramdan 250 iştirakçı yararlana biləcək və dərslər Azərbaycan Texniki Universitetinin korpuslarının birində yerləşən yeni kampusda keçiriləcək.
NEQSOL Academy-dən təqaüd qazanmaq şansını qaçırmayın! Peerstack Academy-də təhsil almaq və İT təhsilinin bir hissəsinə çevrilmək üçün indi müraciət edin.
Peerstack Academy haqqında daha ətraflı məlumat üçün peerstack.tech rəsmi saytına və sosial media hesablarımıza (facebook.com/peerstack.tech, instagram.com/peerstack.tech və linkedin.com/company/peerstack-academy/) keçid edin.

NEQSOL Holding — telekommunikasiya, energetika, inşaat və yüksək texnologiyalar kimi sahələrdə fəaliyyət göstərən, 11 ölkədə 12 000-dən çox işçisi olan beynəlxalq şirkətlər qrupudur. NEQSOL Academy NEQSOL Holding-in işçiləri və əsas tərəfdaşları üçün beynəlxalq səviyyədə tanınmış təhsil müəssisələrinin onlayn məzmununu təqdim edən rəqəmsal təhsil platforması kimi fəaliyyət göstərir. / marja.az

Maraqlı     Tarix: 18 sentyabr 2024

Oxşar xəbərlər

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal

ABŞ ilə Çin arasında süni intellekt sahəsində texnoloji yarışın bütün diqqətləri özünə cəlb etdiyi bir dövrdə dünyanın ən mühüm süni intellekt şirkətinin rəhbərinin Çin casusu hesab edilən qadınla nikahdankənar münasibətd

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus


iqtisadi xeberler dollar kursu birbank biznes ideyalari bank faizleri