Azərbaycanda şirkətlər qida təhlükəsizliyini necə təmin edir? - AÇIQLAMA

Azərbaycanda şirkətlər qida təhlükəsizliyini necə təmin edir? - AÇIQLAMAÖtən günlərdə Azərbaycanda "Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi" mövzusunda tədbir keçirildi.
FED.az xəbər verir ki, tədbirdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyi qeyd edilərək bu sahənin insanların sağlamlığı üçün nə qədər böyük önəmə sahib olduğu diqqətə çatırıldı.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirdi ki, vahid səhiyyə sağlamlıq konsepsiyası ərsəyə gətirilməli və qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirləri həyata keçirilməlidir.
Azərbaycan son illərdə innovativ üsullardan istifadə edərək qida təhlükəsizliyi sahəsində yeniliklər edərək xidmət keyfiyyətini artırır. Bu sahədə özəl şirkətlər də dövlətin siyasətinə dəstək verir.
"Tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) müssəsisəsi olan Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bölgənin ən böyük qapalı anbarlarından birinə sahibdir. Qrupa daxil olan "AVT Logistics" şirkəti tərəfindən məhsulların düzgün temperatur və nisbi rütubətdə saxlanılması təmin edilərək təhlükəsiz formada mağazalara çatıdırılır".
Bu barədə Trend-ə "AVT Logistics"in icraçı direktoru Anar Adilzadə məlumat verib.
Onun sözlərinə görə, logistika mərkəzini idarə etmək böyük məsuliyyətdir və buradakı proseslər saat kimi dəqiq işləməlidir:
"Qida təhlükəsizliyində əsas məsələ məhsulların düzgün temperatur və nisbi rütubətdə saxlanılmasıdır. Mərkəzdə məhsulların lazımi şəraitdə saxlanılması üçün xüsusi soyudulmuş korpuslar var: məsələn, meyvə və tərəvəzlər +15 dərəcə, donmuş qidalar -18 dərəcədə saxlanılır. Məhsul anbardan çıxdıqdan sonra onun marketə yüksək keyfiyyətlə çatdırılmasına ciddi nəzarət edilir. Belə ki, daşınma xüsusi soyuduculu yük maşınlarında həyata keçirilir. Həm də malların çeşidlənmə və anbarda saxlanılmasını düzgün təşkil edilir".
İcraçı direktor qeyd edib ki, qida məhsulları ev üçün lazım olan digər mallardan, məsələn, təmizlik vasitələrindən ayrı saxlanılır:
"Biz istisnasız bütün təməl prinsiplərə ciddi yanaşır və bu sənayenin tələblərinə və təbii ki, məntiqi qaydalara əməl edirik. Saatlıq temperatur göstəriciləri ilə bağlı cavabdeh şəxslərə sistem tərəfindən bildirişlər göndərilir. Temperatur sensorları vasitəsi ilə soyuq zəncir qırılmalarının və keyfiyyət pozulmalarının qarşısı alınır. İş yerindən kənarda 7/24 istənilən anbar və nəqliyyat üzrə temperatur axışını izləmək mümkündür".
Anar Adilzadə onu da vurğulayıb ki, şirkət məhsulun orijinal olduğuna əminlik üçün yalnız etibarlı tədarükçülərlə əməkdaşlıq edir. Məsələn, ekspeditor beynəlxalq tədarükçüdürsə, bu şəxsin rəsmi nümayəndə olması ilə bağlı istehsalçıdan təminat alınır. Ciddi şəkildə etibarlılığına əmin olunur və beləliklə, müştərilərin narahatlığına səbəb yaranmamasına nail olunur.

Biznes     Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank