Azərbaycanda tanınmış iş adamı, TÜİB rəhbəri Hüseyin Büyükfırat – "TƏRƏQQİ" MEDALI İLƏ TƏLTİF EDİLİB

Azərbaycanda tanınmış iş adamı, TÜİB rəhbəri Hüseyin Büyükfırat –  Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
Bakıda Qırğızıstan-Azərbaycan Ticarət Palatası fəaliyyətə başlayıb – FOTOLAR
FED.az xəbər verir ki, iş adamına mükafat İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılğı ilə həyata keçirilən "Dayaq" Mükafatı təbdbirində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov tərəfindən təqdim edilib.
FED.az xatırladır ki, ölkəmizdə 30 ilə yaxındır fəaliyyət göstərən Hüseyin Büyükfırat Azərbaycanda tanınmış iş adamı olmaqla yanaşı, Azərbğaycan-Türkpiyə qardaşlığına böyük töhfə verən, xüsusilə də Qarabağ şəhidləri və qazilərinin ailəsinə dəstəyi ilə tanınan şəxsdir.
Azərbaycana tələbə olaraq gələn Hüseyin Büyükfrat 30 ilə yaxındır ki, Azərbaycandakı biznes fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlərdə də aktiv iştirak edir. O, 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycana dəstəyini əsirgəməyib, 44 günlük müharibə zamanı Türkiyə televiziya kanallarında Azərbaycanın haqlı savaşını müdafiə edib, həqiqətlərin dünyaya çatdırılmasında mühüm addımlar atıb. Hüseyin Büyükfırat tarix və mədəniyyət sahəsində də dəfələrlə böyük addımlar atıb.
Türkiyə-Azərbaycan iş dünyası arasında mühüm körpü rolunu oynayan TÜİB-in əsas missiyasını yarandığı gündən etibarən Hüseyin Büyükfırat uğurla həyata keçirir.
Şanlı Vətən müharibəmizdə bizə qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərimizin, qazilərimizin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcu olduğu kimi, Hüseyin Büyükfırat üçün də ən ümdə mətləbdir.
Vətən müharibəsi əsnasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində əvəzsiz rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və millət vəkili Ramil Həsənin təşəbbüsü ilə "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması yaradılıb və platforma çərçivəsində 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Eyni zamanda qəhrəmanlarımızın bizlərə müqəddəs əmanəti olan övladları Sivas Universitetində təhsil almaqdadır. "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan Dövlət Sosial Müdafiə Fondu ilə birgə həyata keçirilən "Qardaş Ailə" layihəsi çərçivəsində şəhid ailələrinin Türkiyənin hər bir şəhərindəki Türk şəhid ailəsi ilə qardaşlaşması və onlara mənəvi dəstək olmaq məqsədilə addımlar atılıb, artıq 3 ailənin Türkiyənin Sivas, Şanlıurfa və Balıkesir şəhərlərinə səfəri təşkil edilmiştir. Layihə uğurla davam edir.
Hüseyin Büyükfırat bu istiqamətlərdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyduyğunu hər zaman dilə gətirməktədir. 
Azərbaycanda tanınmış iş adamı, TÜİB rəhbəri Hüseyin Büyükfırat – Azərbaycanda tanınmış iş adamı, TÜİB rəhbəri Hüseyin Büyükfırat –

Biznes     Tarix: 30 dekabr 2022

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin