Azərbaycanda vəzifəli şəxs həyat yoldaşına görə istefa verdi - FOTO
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb.
azxeber.com lent.az-a istinadən bildirir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir:
"Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib".
Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.
O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir.Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb. Carı ilin aprel ayında isə bu vəzifəyə Elxan Nəcəfov təyin olunub.


AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
CV-nin tərtib edilməsi prinsipləri
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
"iPhone 15" modelinin üstünlükləri