Azərbaycanda xam neft hasilatı 7 faizə yaxın düşüb

Azərbaycanda xam neft hasilatı 7 faizə yaxın düşüb2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda xam neft hasilatının həcmi illik müqayisədə 6.7 faiz düşüb, OPEC və EIA isə növbəti il üçün pozitiv siqnallar verir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hasilatın həcmi iki aya 4 milyon 772.5 min ton təşkil edib. Xam neft hasilatının 4 milyon 762 min tonu əmtəəlik olub.
Energetika Nazirliyinin açıqlamasına əsasən, 2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub. Bunun 476 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib. Qeyd edək ki, "OPEC +" ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
XARİCİ TƏŞKİLATLAR NƏ DEYİR?
OPEC-in mart üzrə aylıq hesabatında bildirilir ki, 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən gündəlik orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən Şahdəniz, Abşeron və Ümid-Babək qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır.
Təşkilat əlavə edir ki, Azərbaycanın AÇG neft yataqlarında hasilat da bu il yeddinci AÇG platforması hesabına artmalıdır.
Bununla belə, Azərbaycanda maye tədarükünün 2025-ci ildə təqribən ildə orta ölçüdə 700 min barel (gündəlik) neft hasil ediləcəyi proqnoz edilir.
"AÇG və Ümid-Babək kimi bir sıra layihələrdə hasilat artımının digər hazır yataqlardakı azalmaları böyük ölçüdə kompensasiya edəcəyi gözlənilir".
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının fevral üzrə qısamüddətli proqnozuna əsasən, Azərbaycanda 2024-cü ilin dörd rübündən ilk üçündə gündəlik hasilatın 610 min barel, son rübündə isə 620 min barel olacağı proqnoz edilir.
İlin müvafiq dövrü ərzində ixracda ikinci ən böyük payı olan təbii qaz hasilatının həcmi 3 faiz artaraq 8 milyard 245.7 min kub-metr təşkil edib.
DSK-nin məlumatına əsasən neft və qaz hasilatının ümumi iqtisadi dəyəri 6 milyard 106.2 milyon manat təşkil edir.

Xəbərlər     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler biznes xeberleri kripto bitkoin qiymeti internetden pul qazanmaq