Azərbaycanda xarici ticarət iştirakçılarının risk qruplarına dair qaydalar təsdiq edilib
Dövlət Gömrük Komitəsinin Kollegiyası "Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar"ı təsdiq edib.
Bununla bağlı kollegiyanın sədri Şahin Bağırov yeni qərar imzalayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qərara əsasən, xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi üçün risk meyarları aşağıdakılardır:
- iqtisadi faəliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunma;
-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilmə;
- bu Qaydaların 2.1.1 və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hüquqpozma əlamətləri ilə bağlı davam edən araşdırmalar;
- xarici ticarət əməliyyatları sahəsində fəaliyyət müddəti;
- xarici ticarət əməliyyatlarının sayı;
- xarici ticarət dövriyyəsi;
- işçi sayı;
- həyata keçirilmiş xarici ticarət əməliyyatlarının nəticələri;
- VRP-də riskli vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması;
- güzəştli vergi tutulan ölkələr və ərazilərlə xarici ticarət əməliyyatları;
- gömrük və (və ya) vergi borcu (qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq olaraq borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi halları istisna olmaqla);
- vergi orqanında qeydiyyatda olan anbarın və ya digər təsərrüfat obyektinin sahəsi və infrastrukturu.
Komitənin Hüquqi Təminat İdarəsinə tapşırılıb ki, bu qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?