Azərbaycanda "yaradıcı və innovativ cəmiyyət"in qurulması yalnız rəqəmsal transformasiya vasitəsilə mümkündür – Nazir
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 sentyabr – 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir. Beynəlxalq tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir konfransda çıxışında Azərbaycanda "yaradıcı və innovativ cəmiyyət"in qurulmasının yalnız rəqəmsal transformasiya vasitəsilə mümkün olduğunu söyləyib: "Rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş bir sıra dövlət proqramlarını qəbul etmişik və hazırda inkişaf etdiririk. Ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edir, GPON və LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələr həyata keçiririk".
Qeyd olunub ki, regional səviyyədə Azərbaycan Xəzər dənizinin dibi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi üçün Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin təşəbbüskarıdır. Bu təşəbbüs Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində rəqəmsal xidmətlərin yaranması üçün imkanlar yaradacaq.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və BTİ-nin idarəedici orqanı olan Şuraya üzvlər seçilir. Sözügedən seçkilərdə Azərbaycanın 2023 – 2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə nazirliyin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülüb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
5 liderlik göstəricisi
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes plan necə yazılır?
Biznes qurmaq üçün nə lazımdır?