"Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək"
Azərbaycanda rəqəmsal iqtisadiyyata dair yeni bizneslərin yaradılmasına dəstək göstərmək planlaşdırılır.
4SIM "Binance"la Anlaşma Memorandumu imzalayıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
"Rəqəmsal iqtisadiyyat çərçivəsində rəqəmsal transformasiya proqramlarından keçməyi, bazarda yeni bizneslərin qurulmasına dəstək göstərməyi planlaşdırırıq. Eyni zamanda, rəqəmsal transformasiya proqramı icra edən zaman əsasən şirkətlərin daha çox data infrastrukturuna, insan resurslarına ehtiyacı olur. Buna görə şirkətlərin bu sahədə ixtisaslaşmış, bilikli insanlara ehtiyacları var", - F. Cəfərov qeyd edib.
Onun sözlərinə görə, digər məsələ hökumətə məlumatların idarə edilməsində kömək etməkdir: "Çünki məlumatlara əsaslanan yanaşma olmasa, biznes dəyişikliklərinə cavab vermək çox çətin olacaq. Beləliklə, onlara uyğunlaşmaq üçün sürətli addımlar atmaq lazımdır. Bu mənada Azərbaycan vətəndaşlarını maarifləndirmək mühüm əhəmiyyət kəsb edir. Artıq keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdırlar və onlara rəqəmsal bacarıqlar verməliyik". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları