Azərbaycanda zərgərlik məmulatını saxtalaşdırmaq çətinləşəcək - Yeni nəzarət mexanizmi yaradılır

Azərbaycanda zərgərlik məmulatını saxtalaşdırmaq çətinləşəcək - Yeni nəzarət mexanizmi yaradılırAzərbaycanda insanlar qızıl və gümüşdən hazırlanan zərgərlik məmulatlarını sevsələr də, onların tərkibinin xalisliyini təyin etmək barədə heç də hamı məlumatlı deyil.
Azərbaycanda zərgərlik məhsulları ilə bağlı yeni dövlət standartları - QƏBUL EDİLİB
Zərgərlik məmulatı alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
FED.az xəbər verir ki, "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev  bildirib ki, Azərbaycanda zərgərlik məmulatlarının satışı zamanı əsasən iki aldadılma formasına rast gəlinir:
Metalın tərkibində qızıl az olur
"Zinət əşyalarının satışı ilə bağlı fırıldaqçılıq halları geniş yayılmasa da, müşahidə edilir. Belə hallar daha çox üzərində qiymətli daş olan zərgərlik məmulatlarında yaşanır. Bunlardan birincisi, qızılın əyarının istehlakçıya təqdim olunan məlumatla üst-üstə düşməməsidir. Məsələn, 750 əyarlı qızıl adı ilə satılan metalın tərkibində 68 %, 70 %, 72 % qızıl ola bilər. Əslində isə 750 əyar o deməkdir ki, məmulatın tərkibində 75 % qızıl var, digər hissə qatqılardan ibarətdir. Bizdə qızıl satışında əsas tələbat 585 və 750 əyarlı məmulatlaradır".
Süni brilliant təbii brilliantdan ucuz olmalıdır
T.Abbasquliyev bildirib ki, digər fırıldaqçılıq halı zinət əşyalarının üzərindəki qiymətli daşlarla bağlı yaşana bilər:
"Zərgərlik məmulatının üzərində süni yetişdirilmiş brilliant ola, amma müştəriyə təbii brilliant adı ilə satıla bilər. Buna "CVD" brilliant da deyilir. O, təbii brilliantdan ucuz olur. Bəzi sahibkarlar istehlakçıya satdıqlarının süni daş olduğunu bildirirlər. Belə daşların satışında heç bir qanun pozuntusu yoxdur. Amma istehlakçı bundan məlumatlı olmalıdır. Düzdür, xalq arasında təbii daş daha etibarlı hesab olunur. Amma dünya artıq süni daşlara keçir. Bu sahədə aparıcı sənaye üsullarına malik ölkələr süni daşın yetişdirilməsinə üstünlük verir. Brilliantla yanaşı süni yaqut və zümrüd daşları da olur. Amma Azərbaycanda ən çox populyar olan təbii brilliantdır".
Müsahibin sözlərinə görə, zinət əşyasının üzərindəki daşın xüsusiyyətləri barədə məlumatlar da alıcıya yanlış verilə bilər:
"Qiymətli daşların rəngi, karatı, şəffaflığı, onun üzərinə düşən şüanın qırılma dərəcəsi və digər xüsusiyyətləri var. Bunlardan ilk üçü əsasdır. Bu məlumatların yanlış formada istehlakçıya çatdırılmağı qanun pozuntusudur. Belə məlumatları hər alıcı bilmir. Amma ölkəmizdə gemmoloji sertifikatı olan mütəxəssislər də var".
Bu sahəyə nəzarət üçün yeni dövlət mexanizmi yaradılır
T.Abbasquliyev, bu sahədə ciddi tədbirlərin görülməsinin tərəfdarı olduğunu bildirib:
"Dövlət qurumlarına müraciət etmişik. Düşünürəm ki, yaxın zamanda qiymətli metal və daşlara nəzarət edən dövlət qurumu fəaliyyətə başlayacaq. Bu işlə İqtisadiyyat Nazirliyi məşğuldur. Yəqin ki, nazirliyinin özünün və ya hansısa alt qurumunun tabeliyində belə bir qurum və ya şöbə yaradılacaq. Bununla bağlı bizimlə də vaxtaşırı görüşlər keçirilərək məlumat verilir. Biz də müvafiq istiqamətdə öz tövsiyyələrimizi veririk. İstehlakçıların hüquqlarının qorunması vacib amildir. Amma sahibkarların da incidilməməsi, onların artıq yüklənilməməsi önəmlidir".
Onun fikrincə, sözügedən dövlət mexanizmi formalaşandan sonra istehlakçı zərgərlik məmulatının üzərində aidiyyatı dövlət qurumunun möhürünün olub-olmamasına diqqət yetirəcək.
Hər adamdan qızıl-gümüş almaq olmaz
T.Abbasquliyev vətəndaşlara məsləhət görüb ki, sözügedən qurum yaradılana qədər etibarlı sahibkarlardan məhsul alsınlar:
"Vətəndaşlar tanımadıqları və şübhə doğuran satış nöqtələrindən məmulat almasınlar. İkincisi, zərgərlik məmulatını alanda kassa çeki tələb edilməlidir. Kassa çeki ilə yanaşı həmin məmulata aid sertifikat da tələb edilməlidir. Bu sertifikatda məmulatın əyarı, rəngi, üzərində daş varsa, onun məlumatları və digər xüsusiyyətlər göstərilir. Sabah onunla bağlı bir problem ortaya çıxanda istehlakçı həmin kassa çeki və sertifikatla dövlətə şikayət edə bilər. Satıcı sertifikat vermirsə, bu onun fəaliyyətinin şəffaflığı ilə bağlı şübhə doğurur. İstehlakçılarımız daha ucuz olsun deyə kassa çeki verilməyən satış nöqtələrindən məhsul alırlar. Sabah da problem yarananda qaldırdıqları məsələni sübut edə bilmirlər".
Onun sözlərinə görə, Assosiasiyanın əməkdaşlıq etdiyi şirkətlər var ki, onlar qiymətli metal və daşların sadalanan xüsusiyyətlərə uyğun dəqiq yoxlayıb müştəriyə məlumat verə bilirlər: "Bunun üçün xüsusi avadanlıqlar və şərait olmalıdır". (Report)

Biznes     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun