Azərbaycandakı məşhur türk iş adamından təsirli təbrik: "30 il əvvəl tələbə kimi gəldiyim ölkə ikinci vətənimə çevrildi"

Azərbaycandakı məşhur türk iş adamından təsirli təbrik: Xəbər verildiyi kimi,  Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
FED.az xəbər verir ki, iş adamına mükafat İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılğı ilə həyata keçirilən "Dayaq" Mükafatı təbdbirində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov tərəfindən təqdim edilib. Ölkəmizdə tələbə kimi gələn və 30 ilə yaxındır fəaliyyət göstərən Hüseyin Büyükfırat Azərbaycanda tanınmış iş adamı olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığına böyük töhfə verən, xüsusilə də Qarabağ şəhidləri və qazilərinin ailəsinə dəstəyi ilə tanınan şəxsdir.
İş adamı Yeni İl və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrikində 30 il ərzində Azərbaycanda baş verən dəyişiklikləri və keçirdiyi hisslərini təsirli şəkildə bölüşüb: 
Əziz dostlar, 
30 il əvvəl can Azərbaycana tələbə kimi qədəm basdığım zaman düşünə bilməzdim ki, bu müqəddəs ölkə mənim ikinci vətənimə çevriləcək. 
Yaxın ətrafım yaxşı bilir, piyada gəzməyi sevirəm, fürsət tapdıqca bu sevimli məşğuliyyətimi həyata keçirirəm, amma son zamanlar tez-tez ayaq saxlamalı oluram: İlahi, doğurdanmı hazırda qoynunda gəzdiyim şəhər 30 il əvvəl gəldiyim şəhərdir?! Bir şəhərin, bir ölkənin simasi necə dəyişə bilərmiş! 
Son illərində yoxsulluq və qıtlığın hökm sürdüyü Sovet İttifaqının buxovlarını qırmağa müvəffəq olan Azərbaycan gözlərimizin önündə nimdaş sovet ölkəsindən modern, zəngin və qüdrətli bir ölkəyə, qədim Qafqazın modern ulduzuna çevrildi. Bakı isə regionun incisidir! Gəl də qürur duyma! 
Təbii, bütün bunların baş verə bilməsi üçün ciddi iradə, geniş vizyon, sarsılmaz qətiyyətin olması vacib idi! Nə yaxşı Uca Yaradan Azərbaycana Ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdi və onun müəyyənləşdirdi inkişaf, tərəqqi, rufah yolunu Cənab Prezident İlham Əliyev eyni əzmlə, uğurla davam etdirir. 
Mən bir iş adamı kimi İlham Əliyev cənablarının müasir dünyanın inkişaf trendləri ilə uyğunlaşan, hətta zaman-zaman onları qabaqlayan düzgün siyasi-iqtisadi kursunun müsbət nəticələrini özəl sektorun inkişaf tempində, şəxsən, hiss etmişəm. Bu kimi məsələlər üçün ona hər zaman minnətdar idim. 
Amma o, artıq Qarabağ fatehidir! 
Cocuq Mərcanlı kəndimiz işğaldan azad edildikdən sonra ikinci iş yeri olaraq özümə oranı seçdim. Müxtəlif layihələr həyata keçirdik, fabrik qurduq, tədbirlər etdik. Cocuq Mərcanlıya hər səfərimdə o zaman işğalda olan torpaqlarımıza həsrətlə baxır, bir o gün o kutsal, yovşan qoxulu torpaqlarımıza qovuşacağımız anın xəyalını qururdum. Bəzən iş adamlarını yazıçılara bənzədirəm, bizim də xəyalımızın üfüqləri genişdir, əslində, hər iş adamı üçün bu şərtdir. 
Dünənki xəyallar isə bu gün artıq gerçəkliyə dönüb... 
Dəmir iradəli sərkərdə, Prezident İlham Əliyev cəmi 44 gün ərzində 30 illik işğala son qoydu, alnımızdan məğlub xalq damğasını sildi və ən önəmlisi, xəstə təxəyyülə malik erməni xalqının özləri haqqında yaratdığı mifləri darmadağın etdi. Bütün bunlara görə Cənab İlham Əliyevə olan minnətdarlığımız sonsuzdur, sözlə ifadə etmək mümkünsüzdür. 
Özümü çox xoşbəxt hiss edirəm ki, keçdiyimiz günlərdə Azərbaycan Prezidenti məni "Tərəqqi" medalı ilə təltif etdi. Bu əlamətdar hadisə təkcə mənim üçün yox, rəhbərlik etdiyim Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri birliyinin (TÜİB) üzvləri üçün də böyük diqqət və qayğının, xoş münasibətin bariz təzahürüdür! 
Göstərilən böyük etimada layiq olmaq isə qarşımızda duran başlıca vəzifədir! 
Mən inanıram ki, artıq qapımızı döyən 2023-cü il Azərbaycan və Türkiyə üçün daha da uğurlu, müsbət hadisələrlə yadda qalacaq, dövlətlərimizin güclərinə güc qatacağı bir il olacaq. 
Əziz dostlar, Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, firavan və müvəffəqiyyətlərlə zəngin bir il arzu edirəm. 
Hüseyin Büyükfırat TÜİB İdarə heyətinin sədri

Biznes     Tarix: 04 yanvar 2023

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin