Azərbaycanın dövlət büdcəsində 1,3 milyard manatlıq kəsir
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat vəsait daxil olub.
Marja Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən xəbər verir ki, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 347,7 milyon manatlıq kəsir yaranıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat vəsait daxil olmuş, büdcədən 25 milyard 975,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 3 milyard 02,6 milyon manatlıq profisit (artıqlıq) yaranmışdı.
Qeyd edək ki, dövlət büdcəsinin kəsiri özəlləşdirmədən, daxili və xarici borclanmadan əldə edilən vəsaitlər, həmçinin əvvəlki ilin büdcəsinin vahid xəzinə hesabının qalığı (əgər olarsa) hesabına bağlanır. / marja.az
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro