Azərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıb

Azərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıb2023-cü ilin yanvar-aprel ayları ərzində (ilk 4 ayda) Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 11 milyard 397 milyon 594 min dollar təşkil edib. 2022-ci ilin eyni dövründə neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 10 milyard 857 milyon 881 min dollar təşkil etmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri cari ildə 539 milyon 713 min dollar artıb. Artım təbii qaz ixracının statistik dəyərinin armasından qaynaqlanır.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin ilk 4 ayında xam neft ixracının dəyəri 6 milyard 544 milyon 674 min dollar ikən, 2023-cü ilin ilk 4 ayında 5 milyard 715 milyon 409 min dollara düşüb (829 milyon 265 min dollar azalıb). 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2022-ci ilin ilin ilk 4 ayında təbii qaz ixracının dəyəri 4 milyard 178 milyon 230 min dollar ikən, 2023-cü ilin ilk 4 ayında 5 milyard 418 milyon 534 min dollara yüksəlib (1 milyard 240 milyon 304 min dollar artıb). 
Eyni zamanda, 2023-cü ilin ilk 4 ayında Azərbaycandan 263 milyon 648 min dollar dəyərində neft kokusu, bitumu və digər neft məhsulları ixrac edilib, ki bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 milyon 672 min dollar çoxdur (ötən ilin eyni dövründə 134 min 976 min dollarlıq). 
İlk 4 ayda neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın 2023-cü ilin ilk 4 ayının ixracına nisbəti 90.57% təşkil edib. 
2023-cü ilin yanvar-aprel ayları ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 1 milyard 187 milyon 218 min dollar təşkil edib. Ötən ilin ilk 4 ayında neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın statistik dəyəri 965 milyon 495 min dollar təşkil etmişdi (221 milyon 723 min dollar artıb).
Artım əsasən elektrik enerjisi ixracının artması ilə bağlıdır. Əgər 2022-ci ilin ilk 4 ayında elektrik enerjisi ixracının dəyəri 33 milyon 502 min dollar idisə, 2023-cü ilin ilk 4 ayında 313 milyon 683 min dollar təşkil edib (9,4 dəfə və ya 280 milyon 181 min dollar artıb).
2023-cü ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə kartof, alma, nar, şəkər, tərəvəz və meyvələrin emal məhsulları ,alkoqollu və alkoqolsuz içkilər, sirkə, sement, plastmassa və onlardan hazırlanan məmulatların ixracının statistik dəyəri artıb.
Neft-qaz sektoruna daxil olmayan malların ixracının 2023-cü ilin ilk 4 ayının ixracına nisbəti 9.43% olub. 
2023-cü ilin yanvar-aprel dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları təşkil edib. O cümlədən, ixrac əməliyyatları 12 milyard 584 milyon 813 min ABŞ dolları, idxal əməliyyatları 5 milyard 297 milyon 861 min ABŞ dolları olub. Nəticədə 7 milyard 286 milyon 951 min ABŞ dolları saldo yaranıb.
Azərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıbAzərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıbAzərbaycanın gəlirləri xam neft üzrə azalıb, qaz və elektrik enerjisi üzrə artıb

Maliyyə     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler kripto bitcoin bitcoin qiymeti avtomobil xeberleri