Azərbaycanın neft-qaz sektorunda 0,3 faiz, qeyri neft-qaz sektoru isə 7,4 faiz artıb

Azərbaycanın neft-qaz sektorunda 0,3 faiz, qeyri neft-qaz sektoru isə 7,4 faiz artıbDövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Azərbaycanın neft-qaz sektorunda 0,3 faiz, qeyri neft-qaz sektoru isə 7,4 faiz artıbSənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 74,4 faiz, əczaçılıq məhsullarının istehsalı 53,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 32,0 faiz, mebel istehsalı 31,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, elektrik avadanlıqlarının istehsalı 18,5 faiz, tütün məmulatlarının istehsalı 18,0 faiz, içkilərin istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 13,9 faiz, geyim istehsalı 8,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,8 faiz, qida məhsullarının istehsalı 4,6 faiz, kağız və karton istehsalı 4,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 faiz, neft məhsullarının istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,2 faiz, poliqrafiya məhsullarının istehsalı 20,8 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 48,0 faiz, sair sənaye məhsullarının istehsalı isə 61,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz artmışdır. / marja.az

Maliyyə     Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler biznes qurmaq iqtisadiyyat xeberleri bitkoin valyuta mezennesi