Azərbaycanın neftdən gəliri 98% artdı

Azərbaycanın neftdən gəliri 98% artdı2022-ci ildə Azərbaycanın neft-qaz sektorunda ixracın həcmi 98,1 faiz artaraq 37,9 milyard dollara çatıb.
KONKRET.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 20,8 milyard dollar xam neftin, 16,4 milyard dollar təbii qazın, 0,7 milyard dollar isə neft məhsullarının payına düşüb.
2022-ci ildə qeyri-neft ixracı 15,4 faiz artaraq 2,9 milyard dollara çatıb.
Qeyd edək ki, bütünlükdə 2022-ci ildə Azərbaycanın məhsul ixracı 88,4 faiz artaraq 40,9 milyard dollara çatıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 54,4 milyard dollar olub. Xarici ticarət dövriyyəsinin neft-qaz sektorundakı müsbət saldo 35,4 milyard dollar olub, qeyri-neft-qaz sektorunda isə 8 milyard dollar dəyərində defisit formalaşıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 27,4 milyard dollar olub. Ötən il ölkə dünyanın 189 ölkəsi ilə ticarət münasibətində olub: xarici ticarət dövriyyəsinin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə digər ölkələrin payına düşüb.

Xəbərlər     Tarix: 08 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler bank faizleri bitkoin valyuta kurslari rubl mezenne