Azərbaycanın ötən il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb
Keçən il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclərin icrası məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da yer alıb.
Qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5 milyard 622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737 milyon manat və ya 15,1 faiz çoxdur.
2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4 milyard 896,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2021-ci illə müqayisədə 354,7 milyon manat və ya 7,8 faiz çoxdur. Bu xərclər ÜDM-in 3,7 faizini, dövlət büdcəsi xərclərinin isə 15,3 faizini təşkil etmişdir.
Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2 milyard 889,4 milyon manat və ya 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 faiz) çox vəsait yönəldilib.
2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,0 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və ya 55,7 faiz çoxdur.
XXX
Son 5 ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,7 dəfə artıb.
Qeyd edilib ki, ümumiyyətlə son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 4,3 faiz-bənd, mütləq ifadədə isə 3 milyard 102,6 milyon manat və ya 1,7 dəfə artıb.
© APA / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cash Back nədir?
SMM nədir?