Azərbaycanın Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır - ANLAŞMA
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "SMBS – Swiss Montreux Business School"-un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.
Qeyd edək ki, "SMBS – Swiss Montreux Business School" tərəfindən təqdim edilən diplom Avropa Birliyi və Şimali Amerikanın bütün ölkələrində tanınır. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?