Azərbaycanın restoran biznesində bir ilk - "Emsa Food" MMC beynəlxalq ISO sertifikatı aldı - FOTOLAR

Azərbaycanın restoran biznesində bir ilk - Azərbaycanın son illər sürətlə inkişaf edən ictimai iaşə sektorunda mühüm yenilik baş verib.
FED.az xəbər verir ki, iaşə sektorunun tanınmış təmsilçilərindən olan "Emsa Food" MMC şirkəti ölkədə ilk dəfə olaraq beynəlxalq ISO sertifikatlarına layiq görülüb.
İNCERT MMC beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən EMSA FOOD MMC- də ISO 9001-2015 Keyfiyyəti İdarəetmə Sistemleri və ISO 22000-2018  Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri standartları üzrə sertifikatlaşdırma auditi keçirilmişdir. Təşkilatımız sertifikatlaşdırma auditini uğurla keçərək  IAS akreditasiyalı beynəlxalq sertifikatlara layiq görulmuşdur.
Qeyd edək ki, iaşə sektorunda fəaliyyət göstərən şirkətin beynəlxalq ISO sertifikatlarına layiq görülməsi Azərbaycanda ilk dəfədir.
Xatırladaq ki, "Emsa Food" MMC Azərbaycanda "Dinehall", "Dineburger", "Dinebistro", "Dinemeat" və "Dinecatering" kimi tanınmış brendlərin sahibi və idarəçisidir.
ISO standartlarının tətbiqi "Emsa Food" MMC şirkətinin restoranlarında yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən xidmətin və buradakı təkmil idarəetmə sisteminin göstəricidir.
Belə ki, "ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə" standartı qida məhsullarında yarana biləcək bütün fiziki, kimyəvi, bioloji və digər təhlükələrin aradan qaldırıldığını və müştərilərə etibarlı qida məhsulları çatdırıldığını göstərir. "İstehsaldan istehlaka qədər olan bütün mərhələlərdə qida təhlükəsizliyini qoruyaraq təhlükəsiz qida hazırlayırıq"-deyə şirkət bəyan edib.
"ISO 9001:2015 Keyfiyyət İdarəetmə" sisteminin tətbiq edilməsi isə müəssisədə keyfiyyət anlayışının inkişafı, effektiv idarəetmə, işçilərin motivasiyasının artması, bütün fəaliyyətlərdə geniş izləmə və nəzarətin qurulması deməkdir. Bunun sayəsində müştəri şikayətlərinin azalması və məmnunluğunun artması təmin edilir.
"Müştərilərimizə keyfiyyətli və güvənilir dadlar təqdim etmək üçün beynəlxalq səviyyədə təsdiq olunmuş standartlarla çalışırıq"-  deyə "Emsa Food" MMC-dən bildirilir.
Xatırladaq ki, "Emsa Food" MMC-nin "Dinehall", "Dineburger", "Dinebistro", "Dinemeat" və "Dinecatering" brendləri müştərilər, yerli istehlakçılar və xarici turistlər arasında məşhrudur.
"Dinehall"
Azərbaycanın restoran biznesində bir ilk - Qeyd edək ki, "Dine" restoranlar şəbəkəsi 7 il əvvəl Gürcüstanda fəaliyyətə başlayıb. 2016-cı ildə Tiflis şəhərinin mərkəz prospekti Şota Rustavelidə ilk "Dinehall" restoranı açılıb. 2020-ci ildə Bakı şəhəri, "Dəniz Mall" ticarət mərkəzində "Dinehall" restoranının ikinci şöbəsi fəaliyyətə başlayıb və qısa müddətdə şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilib. Azərbaycan və türk mətbəxinin dünya mətbəxi ilə birləşdiyi "Dinehall" restoranı uşaqlı ailələr üçün xüsusi konsepti ilə də xidmət göstərir.
"Dinebistro"
Azərbaycanın restoran biznesində bir ilk - 2021-ci ildə şirkətin növbəti şəbəkə restoranı olan "Dinebistro" fəaliyyətə başlayıb. Paytaxtın ən gözəl məkanı sayılan Fəvvarələr meydanında, məşhur neft milyonçusu Ağa Musa Nağıyevin mülklərindən birində yerləşən "Dinebıstro" ekzotik yeməkləri və gözəl tərtibatı ilə məşhurlaşıb və turistlərin sevimli məkanı olmağı bacarıb.
"Dineburger"
Azərbaycanın restoran biznesində bir ilk - 2021-ci ildə "Dine" brendi "fast food" sektoruna daxil olub – "Gənclik Mall" ticarət mərkəzində "Dineburger" şəbəkəsinin ilk restoranı fəaliyyətə başlayıb. Tezliklə "Xalqlar dostluğu" m/s yaxınlığında, Azneft və Fəvvarələr meydanı səmtlərində "Cloud Kitchen" olaraq sayını artırdı. "Dineburger"in "restoran keyfiyyətində burger" kimi məşhur olan məhsulları təzə ət və məxsusi bişirilən çörəklə təqdim edilir.
"Bolt Food" ilə uğurlu fəaliyyəti şəbəkənin tanınmasına səbəb olub. Nəticədə "Bolt" şirkətinin Estoniyadakı mərkəzi ofisi Azərbaycanın "Dineburger" milli markasını uğurlu fəaliyyət nümunəsi elan edib.
"Dinemeat"
"Dine" restoranlarına alınan seçilmiş xüsusi növ steyk ətləri "dry age" soyuducularında "Dinemeat"ın mütəxəsisləri tərəfindən ferment edilir. Bu səbəbdən "Dine" steykləri restoran müştəriləri və "Dinemeat" alıcıları arasında məşhurdur.
"Dinecatering"
Şirkət iaşə sektorunda çoxsaylı restoranları ilə yanaşı, keytrinq xidməti də təklif edir. Müştərilərə keyfiyyətli və restoran ləzzətində keytrinq xidməti təklif edən "Dinecatering"
qısa müddətdə sektorda layiqli yerini tutub.
İaşə sektorunda keyfiyyətcə yeni səviyyə
"Emsa Food" MMC tərəfindən beynəlxalq ISO sertifikatlarının tətbiqi, son illər sürətlə inkişaf edən iaşə sektorunun ciddi biznes sahəsinə çevrildiyini və keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini göstərir.
Azərbaycanın restoran biznesində bir ilk - Azərbaycanın restoran biznesində bir ilk - Azərbaycanın restoran biznesində bir ilk - Azərbaycanın restoran biznesində bir ilk -

Biznes     Tarix: 28 iyul 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank