Azərbaycanın sığorta bazarının 70%-ə yaxını həyatın yaşam sığortası və icbari sığortaların hesabınadır

Azərbaycanın sığorta bazarının 70%-ə yaxını həyatın yaşam sığortası və icbari sığortaların hesabınadırAzərbaycanda 2023-cü ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən hesablanmış cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 425 milyon 81 min manatı və ya 41,7 faizini həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 525 milyon 588 min manatını və ya 51,5%-ni könüllü və icbari həyat sığortaları, 494 milyon 155 min manatını və ya 48,5 faizini təşkil könüllü və icbari qeyri-həyat sığortaları təşkil edib. 
Əgər icbari sığortalar (həyat və qeyri-həyat) və həyatın yaşam sığortası olmasaydı, Azərbaycanın sığorta bazarı 323 milyon 810 min manat təşkil edərdi. Qısası, Azərbaycanın sığorta bazarının 68,2%-i və ya 695 milyon 935 min manatı icbari sığortalar və həyatın yaşam sığortası hesabınadır.
Həyatın Yaşam Sığortası zamanı əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur. "PAŞA Həyat Sığorta" şirkətinin saytında bildirilir ki, "əməkhaqqınızdan müəyyən hissəni hər ay "Həyatın Yaşam Sığortası"na yönləndirin və 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz gəlir vergisi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda "PAŞA Həyat" Sizə əmanət faizi də (3%) ödəyir.
İcbari sığortalara isə - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta,  Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və digər icbari sığorta növləri daxildir.

Banklar     Tarix: 26 noyabr 2023

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Bank olmayan kredit təşkilatına lisenziya verilib

Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, "HERMES Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin


iqtisadi xeberler bank faizleri online pul qazanmaq bitkoin qiymeti dollar kursu