Azərbaycanın şimal-qərb bölgəsində meşə yanğınları tam söndürüldü - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb.
Nazirlikdən KONKRET.az-a bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib.
Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c
Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb
Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd