Azərbaycanın təhsil mühitində yeni standart: SABAH.school

Azərbaycanın təhsil mühitində yeni standart: SABAH.schoolSABAH.school - övladınızı yalnız imtahanlara deyil, sabahın dünyasına hazırlayan müasir məktəb - ilk tədris ilini uğurla tamamladı və Azərbaycanda təhsilin keyfiyyətinə yeni yanaşma gətirdi.
Məktəb Beynəlxalq Bakalavriat (IB) təşkilatından lisenziya üçün rəsmi namizəd statusu alaraq qlobal səviyyədə tanınan təhsil müəssisəsinə çevrilmək yolunda mühüm addım atıb. Bu isə burada təhsil alan şagirdlərin diplomlarının dünya üzrə tanınması və məktəbin yüksək standartlara uyğun fəaliyyət göstərməsi deməkdir.
Tədrisi ingilis dilində aparılan SABAH.school həm akademik nəticələr, həm də sosial-emosional inkişaf sahəsində fərqlənir. Hazırda məktəb məktəbəqədər mərhələdən 4-cü sinifədək 50-dən çox şagirdə təhsil təqdim edir. Burada hər bir uşağın fərdi inkişaf trayektoriyası izlənilir, yumşaq bacarıqları və emosional intellekti xüsusi diqqətlə qiymətləndirilir. Valideyn rəyləri göstərir ki, məktəb qısa müddətdə etibarlı və innovativ model kimi tanınıb.
Təhsil prosesi IB-in  Primary Years Programme (PYP) çərçivəsində formativ qiymətləndirmə prinsiplərinə əsaslanır. Öyrənmə jurnalları, portfoliolar, həmyaşıd və özünüqiymətləndirmə vasitəsilə hər bir uşağın güclü tərəfləri və inkişaf ehtiyacları müəyyənləşdirilir. Dərslərdə müasir texnologiyaların və süni intellekt alətlərinin tətbiqi, real layihələr üzərində işləmək isə şagirdlərin gələcək peşəkar mühitə daha yaxşı hazırlaşmasına şərait yaradır.
Məktəbdə "şagird-məktəb-valideyn üçbucağı" fəlsəfəsi həyata keçirilir. Valideynlər açıq dərslərdə, tədbirlərdə və layihələrdə fəal iştirak edərək övladlarının təhsilinə yaxından qoşulurlar. Bu yanaşma həm uşaqlara əlavə motivasiya qazandırır, həm də ailə ilə məktəb arasında güclü tərəfdaşlıq yaradır.
SABAH.school-un yerləşdiyi Sea Breeze rezidentləri üçün xüsusi 5%-lik endirim nəzərdə tutulub. Bu üstünlük valideynlər üçün məktəbi daha əlçatan etməklə yanaşı, SABAH.school-un icma ilə sıx inteqrasiyasına xidmət edir. Məktəb burada yalnız bir təhsil müəssisəsi deyil, həm də müasir həyat tərzinin bir parçası kimi formalaşır.
Gələcək planlara gəlincə, SABAH.school yaxın illərdə Bakı şəhərində yeni kampusun açılmasını və IB-in Middle Years Programme (MYP, 5-9-cu siniflər) üzrə dərslərə start verməyi hədəfləyir. Məktəb hər il yeni sinif səviyyələri əlavə etməklə, üç il ərzində 11-ci sinifədək tam təhsil spektri təqdim etməyi planlaşdırır.
SABAH.school-un əsas məqsədi Azərbaycan məktəb mühitinə beynəlxalq səviyyəli keyfiyyət gətirmək, uşaqları yalnız imtahanlara deyil, həm də dəyişən dünyaya hazırlamaqdır. Yeni tədris ili isə bu missiyanın daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradacaq.
Əlaqə: [email protected]
Vebsayt:

/ marja.az

Maraqlı     Tarix: 31 avqust 2025

Oxşar xəbərlər

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-


iqtisadi xeberler en son xeberler rubl mezenne valyuta mezennesi dollar mezenne