Azərbaycanın Türkiyəyə satdığı Aİ-92 benzinindən $21.5 milyon gəlir əldə edib

Azərbaycanın Türkiyəyə satdığı Aİ-92 benzinindən .5 milyon gəlir əldə edibAzərbaycan 2023-cü ilin ilk 6 ayında Türkiyəyə 31 min tona yaxın Aİ-92 benzini satıb.
Banker.az xəbər verir ki, Azərbaycan bunu ilin ilk 5 ayında gerçəkləşdirib və iyunda satışlar dayanıb.
Beləliklə, ilin ilk yarısında ölkəyə benzin satışından 21.5 milyon ABŞ dolları valyuta daxil olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.
Ölkədə benzinin yeganə istehsalçısı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodudur. Zavod ötən il müvəqqəti təmirə bağlandıqdan sonra, həmin ilin ikinci yarısından istehsalı tam gücü ilə dava etdirir. 2023-cü ilin birinci yarısında Aİ-92 benzinin istehsal həcmi 700.6 min ton təşkil edib.
Azərbaycan 2023-cü ilin ilk iki rübündə Türkiyəyə bir tonu ortalama 698.2 dollara və ya 1 187 manata başa gəlib. 2023-cü ilin ilk rübündə isə ortalama qiymətlər ton üçün $695.4-ə və ya rəsmi məzənnə ilə 1 182.1 manat idi.
Bu markada benzinin qiyməti ölkədə satışı dövlət, yəni Tarif  Şurası tərəfindən tənzimlənir. Tarif Şurasının 4 yanvar 2021-ci il tarixli qərarına əsasən, Azərbaycanda Aİ-92 avtomobil benzininin topdan satış tarifi hər ton üçün 1 183.8 manat, pərakəndə satışı üçün isə 1 310 manat müəyyən edilib.
Pərakəndə hər litrin qiyməti 1 manat təşkil edir. Benzinin hər tonu şirkət daxili 695.75 manat, üstünə 42% aksiz vergi cəlbi – 292.22 və əlavə olaraq 18% əlavə dəyər vergisi hesablanır.

Xəbərlər     Tarix: 04 sentyabr 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bu gunun xeberleri leobank kart