Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir
"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi dünyanın ənənəvi dini liderlərin qurultayının kluarında bildirib.
O deyib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.
"Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?" sualına cavabında nazir deyib: "Yox. Hələ gündəlikdə belə bir məsələ yoxdur".
O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Nazir əlavə edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:
"Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
Digital Card nədir?
"iPhone 15" modelinin üstünlükləri