"Azərbaycanla ikitərəfli əlaqələr inkişaf edir" - Rusiyanın Baş naziri
"Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb.
"Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə – 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb".
Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, həmkarına əməkdaşlığa görə təşəkkür edib.
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad