Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı keçirilən 19-cu IEEE Beynəlxalq "Application of Information and Communication Technologies" ("AICT 2025") konfransında azərbaycanlı məktəblinin də əməyinin olduğu təqdiqat təqdim edilib.
Beynəlxalq konfrans BƏƏ-nin UAE, Azərbaycanın ADA, İtaliyanın Politecnico di Torino və ABŞ-nin George Washington universitetləri tərəfindən birgə təşkil olunub.
Konfrans çərçivəsində çıxışlar, təlimlər və elmi təqdimatlar baş tutub. Təqdim olunan məqalələr informasiya və kommunikasiya texnologiyalarının ən son yeniliklərini, nəzəri və praktiki yanaşmalarını, standartlarını və tətbiqlərini əhatə edib.
"AICT 2025" in məqsədi elm adamlarını, tədqiqatçıları, proqram arxitektlərini və sənaye nümayəndələrini bir araya gətirərək növbəti nəsil informasiya texnologiyaları və xidmətləri üzrə innovativ ideyaların və yeni trendlərin müzakirəsini təmin etmək olub. Bu il də süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi, təhsil və səhiyyədə İKT tətbiqləri kimi 80-dən çox mövzu üzrə sessiyalar keçirilib.
Adı çəkilən konfransda ADA Universitetinin İnformasiya Texnoogiyaları və Mühəndislik fakültəsi ilə və "MegaSec AI Laboratory" tərəfindən aparılmış birgə tədqiqat işi təqdim olunub. Tədqiqat ADA Universitetinin professoru Samir Rüstəmovun rəhbərliyi altında, laboratoriyanın süni intellekt mühəndisi Zaid Rüstəmov və Bakı şəhəri, 132-134 nomrəli liseyin 11-ci İB sinfinin şagirdi və "MegaSec AI Laboratory"nin Süni İntellekt həlləri üzrə təcrübəçisi Mehdi Qasımzadə tərəfindən aparılıb.
Məqalə "Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan" mövzusuna həsr olunub və Azərbaycanın Vergi Məcəlləsi əsasında hüquqi məlumatların daha dəqiq axtarışı və cavabların optimallaşdırılması üçün yeni yanaşmanı təqdim edir.
Tədqiqat nəticəsində təqdim olunan metodologiya sayəsində sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.
Qeyd edək ki, tədqiqatın həmmüəllifi olan 16 yaşlı Mehdi Qasımzadə konfransın ən gənc iştirakçısıdır. Azərbaycanlı məktəblinin yeniyetmə yaşındakı elmi fəaliyyəti beynəlxalq konfransın iştirakçıları tərəfindən də maraqla qarşılanıb. Onun elmə, süni intellekt sahəsinə və tədqiqat fəaliyyətinə olan marağı və bacarığı sayəsində beynəlxalq konfransda iştirakı böyük uğur kimi qiymətləndirilib.
Məlumat üçün onu da bildirək ki, Mehdi Qasımzadə 2023-cü ilin 5-8 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş "Pangea math world" beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub.
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTOAzərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTOAzərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/ marja.az

Maraqlı     Tarix: 31 oktyabr 2025

Oxşar xəbərlər

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi


iqtisadi xeberler 1000 manatla biznes telefonla pul qazanmaq emlak xeberleri kicik biznes