Azərbaycanlı milyarder Göyçaydakı biznesindən özünə və ailə üzvlərinə – DİVİDEND VERƏCƏK, BİZNESİNDƏ YENİLİK EDƏCƏK

Azərbaycanlı milyarder Göyçaydakı biznesindən özünə və ailə üzvlərinə – DİVİDEND VERƏCƏK, BİZNESİNDƏ YENİLİK EDƏCƏKRusiyada yaşayan azərbaycanlı biznesmen Fərhad Əhmədova məxsus olan Göyçaydakı "AzNar" şirkəti səhmdarlarına dividend verəcək. 
"Aznar" yeni şirkət yaradıb - Direktor təyin edilib
FED.az xəbər verir ki, bu məsələ şirkətin səhmdarlarının iyulun 12-də keçirilən iclasında müzakirə olunacaq. 
12 iyul 2023-cü il saat 14.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına "AzNar" QSC səhm¬darlarının növbəti illik ümumi yığıncağı keçirilə¬cəkdir.
Yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək: 
1. "AzNar" QSC-nin 2022-ci il üçün illik ma¬liyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2. "AzNar" QSC-nin 2022-ci maliyyə-təsər¬rüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.
3. "AzNar" QSC-nin direktorlar şurası barə¬də. 
4. "AzNar" QSC-nin yeni redaksiyada nizamnaməsi.
5. "AzNar" QSC-nin restrukturizasiyası, yeni törəmə cəmiyyətlərinin və təsərrüfat sub-yektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər.
Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov adına "AZNAR" QSC 2006-cı ildə təsis edilib, Fərhad Əhmədov və onun ailə üzvlərinə məxsusdur. Nar yetişdirilməsi, nar şirələri və digər məhgsulların istehsalı ilə tanınan şirkətin 150 milyon manata yaxın nizamnamə kapitalı var. 
İclasın gündəliyindən görünür ki,  iclasda şirkətin rəhbərliyinin dəyişdirilməsi və yeni müəssisələrinin yaradılması da müzakirə olunacaq. Bu müəssisələrdən biri artıq yaradılıb. 
FED.az xəbər verir ki, bu il martın 15-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Aznar Distribution" MMC şirkəti dövlət qeydiyyatına alınıb. "Aznar Distribution"un təsisçisi "Aznar" QSC-dir. 
"Aznar Distribution" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 10E-dir, Rüfət Nağdəli oğlu Nağdəliyev "Aznar Distribution" şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib. "Aznar Distribution" şirkəti "Aznar" QSC-nin istehsal etdiyi məhsulların iri dağıtım şirkətlərinə satışı ilə məşğul olacaq. 
Eyni zamanda bir qədər əvvəl "AZNAR"ın öznünün rəhbəri dəyişib. Belə ki, şirkətin əsas sahibi olan Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədov Fərəc oğlu "Teymur Əhmədov adına AZNAR" QSC-nin baş direktoru vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zeynullah Qurbanov Rəcəb oğlu əvəz edib.
Zeynullah Qurbanov 2000-ci illərdən Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brendi adı altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran və "O"GRAE"şirkətinin yaradıcısıdır. 

Biznes     Tarix: 29 may 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun