Azərbaycanlı modelə 'çıxın, ölkənizə gedin' deyən keçmiş deputat kimdir? - DOSYE

Azərbaycanlı modelə 'çıxın, ölkənizə gedin' deyən keçmiş deputat kimdir? - DOSYEXəbər verdiyimiz kimi, Türkiyənin Bodrum şəhərində iş adamı, CHP-nin keçmiş millət vəkili Aydın Ayaydınla azərbaycanlı model Diana Ahadpur arasında qalmaqal yaşanıb.
Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.
Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: "Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?"
Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb: "Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş...lər".
azxeber.com Aydın Ayaydının bioqrafiyasını təqdim edir:
Aydın Ayaydın 1951-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. İstanbul İqtisadiyyat və Ticarət Elmləri Akademiyasını bitirib. 1978 ITIA Biznes İdarəetmə Məktəbində, daha sonra İTİA İqtisadiyyat Fakültəsində assistent kimi işləməyə başlayıb. Marmara Universiteti Sosial Elmlər İnstitutunda 1983-cü ildə iqtisadiyyat üzrə magistr, 1985-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.
Marmara Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Ekonometrika bölməsində 1986-cı ildə dosent, 1988-ci ildə dosent və 1993-cü ildə professor elmi adını alıb.
Onun inzibati vəzifələri isə bunlardır:
24-cü dövr İstanbul Millət vəkili, Plan və Büdcə Komitəsinin üzvü
İstanbul Millət vəkili olan Prof.Dr.Aydın Ayaydın Türkiyə Böyük Millət Məclisinin media problemlərini araşdırıb.
TBMM-də komissiyanın sədri və Plan Büdcə Komitəsinin üzvü
Rəqabət Şurasının Qurucu sədri
Türkiyə Banklar Birliyinin sədri
Emlakbank baş direktoru və İdarə Heyətinin sədri
Vakıfbank baş direktoru
Şekerbank-ın baş direktoru
İŞ Bankının İdarə Heyətinin üzvü
Türkiyə Sənaye İnkişaf Bankının İdarə Heyətinin üzvü
Türkiyə Sənaye İnvestisiya Bankının İdarə Heyətinin üzvü
Banque Du Bosphore İdarə Heyətinin üzvü (Paris)
Günəş Sığorta İdarə Heyətinin sədri
Hür Sığorta İdarə Heyətinin sədri
Şeker Sığorta İdarə Heyəti sədrinin müavini
Sarı mətbuat kartı olan Ayaydın "Təqvim", "Sabah" və "Vətən" qəzetlərində iqtisadiyyat və siyasət sahəsində köşə yazıları yazmış, bu günə kimi 12 elmi kitab və yüzlərlə məqalə dərc etdirmişdir.
Vaxtilə "Beşiktaş"ın vitse-prezidenti və mətbuat sözçüsü vəzifəsini də icra edən Ayaydın evlidir və 3 övladı var.
Aydın Nuri

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri pul qazanmaq dollarin kursu bu gun