"Azercell" bu tarif və internet paketlərinin qiymətini qaldırır

Banker.az xəbər verir ki, 08 yanvar  2024-cü il tarixindən etibarən "Azercell"də aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
"Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Buraxılmış zəng" xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. "Buraxılmış zəng" və "Xəbər ver" xidmətləri vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. "Buraxılmış zəng" xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün "Xəbər ver" xidməti də ləğv ediləcək. Hazırda aylıq abunəlik haqqı 0.10 AZN təşkil edir.
Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Azercellim" tarif paketində daha əlverişli istifadə şərtləri təqdim edilməyə başlanır. Belə ki, "Azercellim" tarif paketi çərçivəsində şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. "Azercellim" tarif paketi ölkə daxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,06 AZN tətbiq ediləcək. Hazırda şəbəkədaxili zənglər 0.04 AZN-dir.
İnternet Paketlərdən daha rahat istifadə imkanı yaradılması, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə, "Azercell Telekom" MMC fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid abunəçilərə daha həcmli aylıq və günlük internet paketləri təqdim edir:
Aylıq İnternet Paketlərin yeni adı və həcmi
Qiyməti (ƏDV daxil, AZN)
500 MB
4
1,5 GB
6
6 GB
12
12 GB
19
30 GB
29
55 GB
39
Günlük İnternet Paketlərin yeni adı, həcmi və qiyməti
(ƏDV daxil, AZN)
      250 MB (yenilənən)
0,80
     1000 MB (yenilənən)
1,50
Qeyd edək ki, 500 MB aylıq internet paketinə yeni qoşulmalar 08 yanvar 2024-cü il tarixindən dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.
Xatırladaq ki, hazırda 500 MB 3 manata, 1 GB 5 manata, 5 GB 10 manata, 10 GB 15 manata, 30 GB 25 manata, 50 GB 30 manata təklif olunur.

Xəbərlər     Tarix: 01 dekabr 2023

Oxşar xəbərlər

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıb

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb. xəbər verir ki, bunu APA-ya açıqlamasınd


iqtisadi xeberler dollar mezenne bitcoin dollar kursu leobank kart