Azercell-in "DataMinds" bootcamp proqramına qeydiyyat davam edir
21 iyul - 5 sentyabr 2025-ci il tarixlərində Amazon Web Services (AWS)-in texnoloji dəstəyi ilə keçiriləcək "DataMinds Azercell" bootcamp proqramı tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib.
Təlimlər Azercell-in Data və AI komandasında çalışan ekspertlər tərəfindən aparılacaq və DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək.
Proqrama STEM ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü, 5-ci kurs bakalavr və magistratura tələbələri link üzərindən müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il.
Namizədlər üç mərhələli seçim prosesindən - proqram tələblərinə uyğunluq, dil və texniki bacarıq testləri, müsahibə - keçərək qiymətləndiriləcək.
Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də data və süni intellekt sahəsi üzrə təcrübə və iş imkanları əldə edəcəklər.
Ətraflı məlumat üçün: [email protected] / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Fond birjası nədir?