"AzerGold" və 4SİM "Ağıllı Sənaye Hazırlığı İndeksi" və "Smart" transformasiya üzrə - ƏMƏKDAŞLIĞA BAŞLAYIB - FOTOLAR
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında "Ağıllı Sənaye Hazırlığı İndeksi" (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və "Smart" transformasiya üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.
FED.az xəbər verir ki, müqaviləni "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və 4SİM-in İcraçı direktoru Tamerlan Tağıyev imzalayıblar.
Sənədə əsasən, 4SİM tərəfindən "AzerGold" QSC-nin istehsalat müəssisəsində rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədi ilə məsləhət xidmətləri göstəriləcək. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən tövsiyə edilən və Dördüncü Sənaye İnqilabı üçün ən effektiv rəqəmsal hazırlıq qiymətləndirmə proqramlarından biri kimi qəbul edilən SIRI qiymətləndirilməsi metodunun tətbiqi ilə istehsalat və biznes proseslərində rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, istehsalatda fəaliyyətin ən optimal texnoloji həllər vasitəsilə 2-3 ilədək zamanı əhatə edən dövr ərzində inkişafının təmin edilməsi üçün yol xəritəsi hazırlanacaq, prioritetləşdirilmiş layihələrin metodologiyası və digər təfərrüatları işlənib təqdim ediləcəkdir.
Qeyd edək ki, istehsal prosesinin daim optimallaşdırılması ilə yanaşı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi QSC-nin əsas prioritetlərini təşkil edir. Bu məqsədlə bütün fəaliyyət istiqamətləri üzrə səmərəliliyin daha da artırılması üçün innovativ həllərin tətbiqində maraqlı olan "AzerGold" QSC dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. Təsadüfi deyil ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditi də "AzerGold" QSC-də həyata keçirilib və şirkətin rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi sahəsində fəaliyyəti müsbət qiymətləndirilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın ən varlı 10 müğənnisi