"AzerGold"da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib

"Gədəbəy", "Qoşa", "Xarxar", "Qaradağ", "Ordubad" qrupu ("Piyazbaşı", "Ağyurd", "Şəkərdərə", "Kələki"), "Qızılbulaq", "Dəmirli" və "Vejnəli" qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında "AzerGold" QSC ilə "R.V. Investment Group Services, LLC" arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib.
FED.az xəbər verir ki, Rəhbər komitənin yeni sədri – "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin "AzerGold" QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub. Xarici şirkətin mədən layihələri üzrə operatoru "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited"in (AİMKL) 2024-cü ilin birinci yarımili ərzində fəaliyyətinin nəticələri, o cümlədən Ağdərə rayonunda yerləşən "Dəmirli" mis-molibden yatağında fəaliyyətin təşkili istiqamətində görülən işlər təhlil edilib.
Bildirilib ki, xarici şirkətin cari ilin birinci yarımilində hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub. Belə ki, 2024-cü ilin ilk 6 ayı ərzində hasilat həcmləri 4704 unsiya qızıl, 100 ton mis, 12745 unsiya gümüş təşkil edib. Bu da cari ilin 6 aylıq hasilat planı ilə müqayisədə qızıl üzrə 38%, mis üzrə 89%, gümüş üzrə 64% azdır. Eləcə də ümumi layihə üzrə gəlirlər planla müqayisədə 54% geriləyib. Buna səbəb Saziş çərçivəsində istehsal fəaliyyətinin ötən ilin iyul ayından etibarən Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dayandırılması nəticəsində yaranan fasilələr göstərilib. 
Qeyd olunub ki, Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti "AzerGold" QSC-yə verildikdən sonra xarici şirkətlə birgə həyata keçirilən operativ dəstək tədbirləri, tikinti-quraşdırma işlərinin, həmçinin bəzi digər istiqamətlər üzrə fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması nəticəsində növbəti aydan etibarən istehsalat mərhələli şəkildə bərpa ediləcək. Nəticədə tərəfdaş şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatması təmin ediləcək. "AzerGold" QSC tərəfindən tərəfdaş şirkətin fəaliyyət istiqamətləri üzrə artım tempinin əldə edilməsinə bundan sonra da dəstək göstəriləcək. 
İclasda, növbəti il üzrə hasilat və ixrac planının hazırlanması istiqamətində tapşırıqlar verilib, həmçinin Rəhbər komitənin İqtisadi, İstehsalat və texniki, eləcə də Ekoloji məsələlər üzrə altqruplarının yeni tərkibləri müəyyənləşdirilib. İclas qarşılıqlı maraq doğuran və icrasına dəstək tələb olunan məsələlərin, habelə "Dəmirli" mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin Saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi iclasın yekun protokoluna daxil edilib.
Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə "AzerGold" QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "R.V. Investment Group Services, LLC" şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.
Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər "Azərqızıl"ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə "Azərqızıl"ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti "AzerGold" QSC-yə verilib.

Biznes     Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu