"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən hasil edilən neftin həcmi 600 milyon tonu ötdü
2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, respublika üzrə neft hasilatının 15,4 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3,3 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.
Hesabat dövründə 19,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,6 milyon tona yaxın konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 oktyabr 2022-ci il tarixinədək 600,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 561,8 milyon ton neft, "Şahdəniz"dən isə 39,1 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 oktyabr tarixinədək 599 milyon tonu ixraca nəql edilib.
2022-ci ilin 9 ayı ərzində ölkədə neftin emalı 4,5 milyon ton təşkil edib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mcdonalds françayzinqi neçiyədir?
Onlayn biznes növləri
Kriptovalyuta nədir?
Dünyanın ən varlı 10 adamı
ZARA-nın uğur hekayəsi