"Azəri-Çıraq-Günəşli"dən qaz hasilatı 200 milyard kubmetrə çatıb
2022-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 18,5 milyard kubmetri "Şahdəniz"dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 01 oktyabr tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 200 milyard kubmetr, "Şahdəniz"dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 122,6 milyard kubmetr həcmi ixraca nəql edilib.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb